12px13px15px17px
Tarix:22/11/14

Beynəlxalq Telekommunikasiya İttifaqı yeni nəsil televiziya üçün standartlar hazırlayır


Noyabrın 21-də qeyd edilmiş Ümumdünya Televiziya Günü münasibətilə çıxış edən Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi Hamadun Ture deyib ki, televiziya məlumatlandırma və ictimai rəyin formalaşmasında əsas alətlərdən biridir və müasir dünyada rabitə və qloballaşma simvoluna çevrilib.
 
“Hazırda BTİ tamaşaçılar tərəfindən televiziya anlayışını, o cümlədən təsvirin və səsin keyfiyyətini xeyli yaxşılaşdıracaq yeni standartların hazırlanması ilə məşğuldur”, - Hamadun Ture bildirib.
 
Baş katib qeyd edib ki, yeni nəsil televiziya yüksək dəqiqliyi və axınlı təsvirlərin yüksək keyfiyyətlə və dinamik ötürülməsi ilə fərqlənəcək.
 
Artıq yüksək dəqiqlikli televiziyanın ilk kommersiya xidmətləri göstərilir. Qarşıdakı illərdə BTİ sistemləri televiziya yayımının dəqiqliyini hazırkı televiziya yayımından dörd dəfə yüksək təmin edəcək.
 
BTİ həmçinin televiziyanı sağlamlıq imkanları məhdud və xüsusi tələbli insanlar üçün daha əlverişli etməklə məşğuldur.
 
Qeyd edək ki, BTİ Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən aparıcı təsisatıdır. 150 il ərzində BTİ qlobal əsasda radiotezlik spektrindən birgə istifadənin koordinasiyasını həyata keçirir, peyklər üçün orbital mövqelərin ayrılmasında beynəlxalq əməkdaşlığa yardım edir, inkişaf etməkdə olan ölkələrdə rabitə infrastrukturunun yaxşılaşdırılmasına xidmət edir və dünyada rabitə sistemlərinin geniş diapazonunun maneəsiz fəaliyyətini təmin edən standartlar hazırlayır, -  BMT-nin saytında bu barədə məlumat verilib.



Baxış sayı: 677

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024