12px13px15px17px
Tarix:27/11/14

Gənc alim və mütəxəssislərin beynəlxalq konfransı keçirilir

Bakıda “Aysberq” hotelində “İnformasiya cəmiyyəti müasir müdafiə və hücum sisteminin əsası kimi” mövzusunda Gənc alim və mütəxəssislərin beynəlxalq konfransı keçirilir.  Beynəlxalq konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun təşkilatçılığı və qrant layihəsi əsasında gerçəkləşib.
 
 
Tədbiri giriş sözü ilə Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev açaraq son illər ölkədə dövlətin əsas prioritetləri sırasında gənclər siyasətinin xüsusi önəm daşıdığını vurğulayıb. Onun sözlərinə görə, informasiya müharibəsi Dağlıq Qarabağ münaqişəsinin həllində ən vacib detallardan biridir və son illər Azərbaycan bu istiqamətdə müdafiədən hücum siyasətinə keçib. E. Babayev qeyd edib ki, fondun növbəti “Mobillik qrantı” müsabiqələrindən biri məhz xarici ölkələrin arxivlərində Qarabağın tarixi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusunda Azərbaycandan olan alimlərin işləməsi üçün qrantların ayrılmasına həsr olunacaq. O, gənc alimləri bu məsələdə də fəal olmağa çağırıb.
 
 
Qeyd edək ki, beynəlxalq konfransda Azərbaycanla yanaşı, İtaliya, Türkiyə və Qırğızıstandan gənc alimlər iştirak edirlər.
 
 
Beynəlxalq konfransın açılışında “İnformasiya cəmiyyətinin dərk olunmasının yeni riyazi perspektivləri: modelə statistik mexaniki yanaşmalar və böyük məlumatların təhlil olunması”, “İnformasiya əsrində geosiyasət: geosiyasətdə dövlət gücünə yenidən baxılması”, “İnformasiya cəmiyyətinin mürəkkəbliyi” , “İnformasiya müdafiə və hücum vasitəsi kimi” mövzularında plenar məruzələr dinlənilib.  
 
 
Konfrans seksiyalarla iki gün davam edəcək. Tədbirə elmi-təşkilati dəstəyi Bakı Avrasiya Universiteti göstərir.  
 
                                     
 



Baxış sayı: 580

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 İyul 2020

04/07/20
“EvilQuest” virusu “macOS” sistemində faylları şifrləyir

“Malwarebytes” şirkətinin təhlükəsizlik üzrə mütəxəssisləri “macOS” üçün faylları şifrlə

04/07/20
“Motorola One Fusion” smartfonu “HD plus” ekranı ilə təchiz olunub

Orta səviyyəli “Motorola One Fusion” smartfonunun rəsmi təqdimatı keçirilib.

04/07/20
“MacOS” sistemi ilə işləyən “iPhone” smartfonunun sınaqları keçirilir

“Apple” şirkəti “Galaxy” smartfonları üçün “Samsung Dex” dok-stansiyasını (birləşdirici qur

03 07 2020

03/07/20
“Honor 30 Lite” smartfonu rəsmən təqdim edilib

“Huawei” şirkətinə məxsus “Honor” brendi 90 hers yeniləmə tezlikli ekran və “MediaTek Dimensity 800

03/07/20
Yaponiyada piyadalara smartfondan istifadə etmək qadağan edilib

Yaponiyanın Yamato şəhərində piyadalara smartfondan istifadə qadağan edilib. Bu davranış təhlükəli hesab

03/07/20
Yeni “OnePlus” televizorları nümayiş olunub

“OnePlus” şirkəti Hindistanda yeni televizorlar seriyası təqdim edib. Seriyaya üç model – “HD” təsvir<

03/07/20
“Şərq Tərəfdaşlığı” ölkələrinin Telekommunikasiya Tənzimləyiciləri Şəbəkəsinin 15-ci plenar iclası keçirildi

“Şərq Tərəfdaşlığı” (ŞT) ölkələrinin Telekommunikasiya Tənzimləyiciləri Şəbəkəsinin (EaPeReg) 15-ci plena

03/07/20
Elektron tullantıların həcmi dünya əhalisindən üç dəfə daha sürətli artır

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) yeni hesabatına əsasən, 2019-cu ildə 53,6 milyon ton kompü

03/07/20
Smartfonlar üçün akkumulyatorların rüblük satış həcmi 5% yüksəlib

“Strategy Analytics” tədqiqat şirkəti smartfonlar üçün qlobal akkumulyatorlar bazarında artım qeydə alınm

03/07/20
“MediaTek” prosessoru qabaqcıl televizorlarda istifadə ediləcək

“MediaTek” şirkəti “ağıllı” televizorlarda istifadə üçün nəzərdə tutulan yeni prosessor nümayiş et

03/07/20
“Sony” şirkətinin adı dəyişib

“Sony” səhmdarlarının ötən həftənin cümə günündə keçirilən illik iclasında şirkətin adının “Sony Gr

03/07/20
“Xiaomi Mi TV Master” televizoru “OLED” ekranla təchiz edilib

Çinin “Xiaomi” şirkəti “Mi TV Master Series” adlı yeni “ağıllı” televizorlar seriyası təqdim edib. Se