12px13px15px17px
Tarix:29/11/14

Çanq Honqvon: “Müasir nəqliyyatın intellektual idarə edilməsi sistemi yeni texnologiyalar sahəsində ikitərəfli əməkdaşlığımızın uğurlu bariz nümunəsidir”

“Bakının mərkəzində nəqliyyat sistemini və real vaxtda nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı məlumatı özündə birləşdirən müasir nəqliyyatın intellektual idarə edilməsi sistemi yeni texnologiyalar sahəsində ikitərəfli əməkdaşlığımızın uğurlu bariz nümunəsidir”.
 
 
“ICTnews” elektron xəbər xidmətinin xəbərinə görə, bu sözləri Koreya Respublikasının baş naziri Çanq Honqvon Azərbaycanda rəsmi səfərdə olan  zaman “AzərTAc”a verdiyi müsahibəsində söyləyib.
 
 
Koreyanın baş naziri bildirib ki,  ötən ilin dekabrından etibarən Koreya hökuməti və şirkətləri “ağıllı” sinifin yaradılması üzrə uğurlu pilot layihəsi həyata keçirir. Bu layihə tələbə və müəllimləri təhsil sahəsində ən müasir texnologiyalarla təmin edəcək. 


 
Çanq Honqvon ikitərəfli əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu vurğulayaraq qeyd edib ki, Azərbaycan sənayenin şaxələndirilməsi və yeni güclərin yaradılması yolu ilə gedərək iqtisadiyyatını dinamik inkişaf etdirir. Koreya isə texnologiya və kommersiyalaşdırma qabiliyyətinə malikdir. Bütün bunlar qarşılıqlı əməkdaşlıq üçün böyük imkanlar açır.



Baxış sayı: 735

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024