12px13px15px17px
Tarix:01/12/14

“Sazz 4G internet” "Bakutel" sərgisində yeniliklərini təqdim edəcək

Bu il ölkənin aparıcı ixtisaslaşdırılmış sərgilərindən biri - "Bakutel" Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Тexnologiyaları Сərgi-Кonfransı öz yubileyini qeyd edir. "Bakı Ekspo Mərkəzi"ndə keçirilən builki sərgidə yerli şirkət və təşkilatlardan əlavə, dünyanın 30 ölkəsindən 250 şirkət öz pavilyonları ilə çıxış edir.
 
Azərbaycanda dördüncü nəsil genişzolaqlı simsiz иnternet xidmətinin provayderi olan "Sazz 4G" brendi altında fəaliyyət göstərən "AzQtel" şirkəti sərgidə TDD LTE texnologiyasının imkanlarını nümayiş etdirir. Məlumatın 100 mb/s qədər sürətlə ötürülməsinə malik olan TDD LTE ən perspektivli simsiz texnologiyalardan biridir. "Bakutel" sərgisinin ziyarətçiləri TDD LTE texnologiyasının xüsusiyyətləri və üstünlükləri ilə "Sazz 4G" stendində tanış ola bilərlər.
 
Belə ki, sərgi iştirakçıları "Sazz 4G" stendində bir sıra mühüm üstünlüklərinə görə qısa zamanda ad qazandıran "Sky Port" məhsulu ilə bağlı ətraflı məlumat əldə edəcəklər. "SkyPort" "Sazz 4G İnternet" şəbəkəsinin əhatə dairəsindən asılı olmadan həm yaşayış məntəqələrində, həm də infrastrukturun yetərsiz olduğu ərazilərdə təmin oluna bilər. Belə ki, "SkyPort" məhsulunun abunəçiləri saniyədə 5 meqabitdən 100 meqabitə qədər seçilmiş sürətlə sabit internet xidmətindən faydalana bilərlər.
 
"Bakutel" sərgisinin ziyarətçiləri arasında "Sazz 4G İnternet" abunəçisi olmaq istəyən bütün şəxslər sərginin davam edəcəyi dörd gün ərzində sərfəli qiymət və şərtlərlə təklif olunacaq paketlər haqqında geniş məlumat almaq imkanına malik olacaqlar.
 
"Sazz 4G İnternet" şirkəti öz əhatə dairəsini mütəmadi olaraq genişləndirib və builki "Bakutel" ərəfəsində Azərbaycanın bir sıra regionlarında genişzolaqlı İnternet xidməti göstərməyə başlayıb. İlkin olaraq paytaxt Bakı və Xırdalan şəhərlərini əhatə dairəsinə daxil edən şirkət qısa vaxt ərzində Abşeron yarımadasının, Zaqatala, Balakən, Qax, Quba, Qusar, Xaçmaz, Şəki, Sumqayıt, Gəncə, Xırdalan, Mingəçevir, Astara, Lənkəran, Lerik və Masallı şəhərlərinin internet istifadəçiləri də simsiz və limitsiz İnternetin verdiyi imkanlardan faydalanmağa başlayıblar. Son bir neçə ay ərzində "Sazz 4G İnternet" şirkəti Bakı şəhərinin daxilində də mövcud əhatə dairəsinin gücünü əhəmiyyətli dərəcədə artırıb.
 
"Sazz" brendi 2010-cu ildə "AzQtel" şirkəti tərəfindən "Bakutel" sərgisi çərçivəsində bazara təqdim olunub.




Baxış sayı: 739

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020