12px13px15px17px
Tarix:13/12/14

“Bakcell” şirkəti onlayn müştəri xidmətlərinin tətbiqinə başlayacaq

“Bakcell” şirkəti gələn ildən etibarən artıq onlayn müştəri xidmətlərinin tətbiqinə başlayacaq.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, şirkətin baş müştəri xidmətləri direktoru Selda Kokmaz Bostancıoğlu bildirib ki, artıq mobil rabitə xidmətləri müştərilərinin operatorların onlara göstərdiyi xidmətlərə yanaşması kökündən dəyişib.
 
“Mobil rabitə müştəriləri fərqlidir, onların arasında iş adamları, evdar xanımlar, ahıllar, uşaqlar və gənclər var. Əvvəllər istifadəçi  aşağı qiymətə keyfiyyətli xidmət almaq istəyirdisə, indi artıq onların mobil rabitəyə yanaşması dəyişib. İstifadəçilər mobil telefon, smartfon vasitəsi ilə kommunal ödənişlər etmək, bank hesabını idarə etmək, xidmət sifariş etmək, evdə tək qoyduqları uşağa nəzarət etmək və s. realda gördükləri işləri virtual şəkildə həyata keçirmək istəyirlər. Bizim bir operator kimi işimiz isə müştərilərimizin məmnuniyyətini təmin etməkdir. Əsasən müştərilər hər yerdə və istənilən vaxt mobil rabitədən istifadə etmək, öz balanslarını artırmaq, bütün bunların öz maliyyə imkanlarına uyğun gəlməsini istəyirlər  və operatorun reklam kampaniyasında söz verdiyi bütün bonus və əlavə imkanlardan yararlanmaq istəyirlər və burada onlar haqlıdırlar”, - deyə “Bakcell”in  nümayəndəsi qeyd edib.
 
Selda Kokmaz Bostancıoğlu onu da qeyd edib ki, şirkətin keçirdiyi araşdırmaların nəticələri göstərib ki, Çağrı mərkəzinin əsas fəaliyyəti şikayətləri həll etmək deyil, məlumatlandırmadan ibarətdir.
 
“Hazırda müştərilərin əksər hissəsi “Bakcell” şirkətinin çağrılara cavab vermə sürətindən məmnundur,  Məqsədimiz abunəçilərimizə ən yüksək səviyyədə xidmət etməklə onların məmnun qalmasına nail olmaqdır”,- deyə “Bakcell”in rəhbər işçisi bildirib.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 772

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024