12px13px15px17px
Tarix:19/12/14

Azərbaycan alimlərinin ilk qurultayı keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Rabitə və Yüksək Texnologiyalar  Nazirliyi (RYTN), Təhsil Nazirliyinin (TN) birgə təşkilatçılığı  ilə Azərbaycan alimlərinin I Qurultayı keçirilib. Ölkəmizdə ilk dəfə keçirilən qurultayın iş günü ümummilli lider Heydər Əliyevin Fəxri Xiyabanda yerləşən məzarının ziyarət edilməsi ilə başlayıb. Müxtəlif ölkələrdə yaşayan Azərbaycan alimlərinin də qatıldığı və internet üzərindən canlı yayımlanan I Qurultayı giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə müasir dünyanın qlobal çağırışları və Azərbaycan elminin prioritetlərindən söz açıb:
 
"Bu qurultayımız akademik universitetlər və tətbiqi yönümlü institutlar arasında əməkdaşlığın yeni mərhələsinin başlanması deməkdir. Müxtəlif xarici ölkələrdən qurultayımıza qatılan azərbaycanlı alimlərin nüfuzlu araşdırmalar mərkəzində çalışmaları ümid verir ki, Azərbaycanın elmi diasporu bizim çiynimizə düşən yükün bir hissəsini öz üzərinə götürəcək və gənc kadrların hazırlanmasına inamla qatılacaq. Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan onun ideyalarının və siyasi kursunun layiqli davamçısı İlham Əliyevin on ildən artıq müddətdə böyük uğurla həyata keçirdiyi siyasətin nəticəsində inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Təqdirəlayiq haldır ki, Azərbaycanın milli sərvəti olan elmi potensialın qorunması, inkişaf etdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir". Akademikin sözlərinə görə, hazırda elmi potensialın milli tərəqqi naminə maksimum dərəcədə səmərəli istifadə olunması Azərbaycan dövlətinin və cəmiyyətinin qarşısında duran əsas vəzifələrdən biridir. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında intellektual inkişaf modelinə əsaslanan biliklər cəmiyyətinin formalaşdırılmasının ölkəmizin əsas strateji inkişaf xətti olaraq qəbul edildiyini də qeyd edən AMEA rəhbəri Konsepsiyanın Azərbaycan elmi qarşısında tamamilə yeni vəzifələr qoyduğunu bildirib: "Azərbaycan alimlərinin biliklər cəmiyyətinin qurulmasında yaxından iştirakı mövcud elmi potensialın müasir tələblərə uyğun səfərbər edilməsini, effektiv təşkilati tədbirlərin və yeni innovativ idarəetmə üsullarının tətbiqini, ümumiyyətlə, Azərbaycan elminin yeni strategiyasının hazırlanmasını zəruri edir. Dövlət, biznes və vətəndaş cəmiyyəti sektorunda çalışan Azərbaycan alimləri hansı sosial zümrəni və hansı ölkəni təmsil etmələrindən asılı olmayaraq, vahid bir amal naminə öz qüvvəsini səfərbər etməli, eləcə də müasir dünyanın çağırışlarına, ölkəmizin strateji inkişafı baxımından üzərinə düşən vəzifələrin icrasına vaxtında adekvat cavab verməlidirlər".
 
Qurultayda Amerika Birləşmiş Ştatları, Rusiya Federasiyası, Almaniya, Türkiyə və başqa ölkələrdə fəaliyyət göstərən 15 azərbaycanlı alimin də iştirak etdiyini vurğulayan A.Əlizadə alimlərin müasir zamanın çağırışlarından, ölkəmizin sosial-iqtisadi və mədəni-mənəvi inkişafından irəli gələn vəzifələrin müəyyənləşdirilməsində, həmçinin elm sahəsindəki mövcud problemlərin həllində səy və bacarıqlarını əsirgəməyəcəyinə, eləcə də qarşıya qoyulan vəzifələrin reallaşması istiqamətində həmrəylik nümayiş etdirəcəklərinə əminlik ifadə edib.
 
 
Daha sonra Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə respublika prezidenti İlham Əliyevin Azərbaycan alimlərinin I Qurultayına təbrik məktubunu səsləndirib.  
 
 
Rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov isə "İnnovativ inkişaf: müasir baxışlar" adlı məruzə ilə çıxış edib. Nazir Azərbaycan alimlərinin ilk qurultayının əhəmiyyətinə toxunaraq, bütövlükdə ölkə iqtisadiyyatının gələcək inkişafı üçün çox vacib olduğunu nəzərə çatdırıb. Azərbaycan alimlərinin  ölkə iqtisadiyyatının müxtəlif sektorlarında birbaşa tətbiq oluna biləcək bir çox elmi nailiyyətlər əldə  etdiyini vurğulayan nazir, bununla belə ölkə iqtisadiyyatında tətbiq olunan yüksək texnologiyaların xaricdən gətirildiyini, yüksək texnoloji və elmi tutumlu məhsulların ixracının bütün MDB ölkələrində olduğu kimi ölkəmizdə də yüksək olmadığını etiraf edib. Bu məsələlərin həllinə də diqqət çəkən Ə.Abbasov bildirib ki, dünya təcrübəsinə əsasən, innovativ inkişaf siyasəti "qızıl üçbucaq" adlandırılan üç sütun – insan resursu, əlverişli mühit və maliyyə resursları üzərində qurulur:
 
 "Eyni zamanda, qlobal rəqabət şəraitində respublikanın insan  potensialının davamlı şəkildə yüksəldilməsi, gənc, yaradıcı, yüksək intellektual səviyyəli insanların istedadından maksimum istifadə edilməsi dövlətin innovasiyalı inkişafının təmini baxımından son dərəcə zəruridir. İKT, nanotexnologiyalar,  kosmik, mikroelektronika, nüvə,  biotexnologiyalar və digər elmi-tutumlu sahələr üzrə kadr hazırlığı prioritet istiqamətlər hesab olunur". 
 
 
"Elm və təhsilin inteqrasiyasının bəzi məsələləri haqqında" adlı məruzə ilə çıxış edən təhsil naziri Mikayıl Cabbarov isə təhsil sisteminin vəzifələrinə toxunub: "Bu gün bizim qarşımızda duran ən mühüm məsələ elm və təhsilin inteqrasiyasına nail olmaq, onların qarşılıqlı əlaqəsini gücləndirməkdir. Həmçinin, ali təhsil müəssisələrində aparılan elmi tədqiqatların prioritetlərinin müəyyənləşdirilməsi mühüm bir vəzifədir və bu istiqamətdə zəruri tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur".
 
Nazirin sözlərinə görə, qarşıda duran digər bir zəruri vəzifə ali təhsil müəssisələrindəki elmi fəaliyyəti əlaqələndirən müvafiq şuranın yaradılmasıdır. Şuranın yaradılmasında məqsəd dünya səviyyəli elmi araşdırmaların çərçivə standartlarını müəyyənləşdirməkdir. M.Cabbarov məruzəsində digər məsələlərə də toxunub: "Ümumorta təhsil müəssisələrində kurrikulum proqramlarının hazırlanmasında elmi yanaşmalardan geniş istifadə olunacaq, həmçinin ali təhsil müəssisələrində elmi tədqiqatların genişləndirilməsi üçün maliyyə resurslarının müəyyənləşdirilməsi ilə bağlı tədbirlər həyata keçiriləcək".
 
Təhsil naziri AMEA-da magistratura təhsilinin təşkil olunmasının vacibliyini də diqqətə çatdırıb.
 
 
Çıxışında yeni elmi istiqamətlərin istehsalata tətbiqindən danışan Dövlət Neft Şirkətinin vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə 21-ci əsri nanotexnologiyalar dövrü adlandırıb. Nanotexnologiyaların neft sənayesində tətbiqinin uğurlu nəticələrinə toxunan vitse-prezident bu sahədə tədqiqat işlərinin genişləndirilməsinin vacibliyini bildirib.
 
Qurultayda AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev, AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik İnstitutunun direktoru, professor Təlai Cavanşir, AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev, Bakı Dövlət Universitetinin kafedra müdiri, akademik Vasif Babazadə və AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov da çıxış ediblər.
 
Natiqlər Azərbaycan alimlərinin I Qurultayı və onun əhəmiyyəti, elmin inkişafı və digər prioritet istiqamətlər haqqında danışıblar. Çıxışlarda qeyd edilib ki, ölkəmizin akademik, təhsil, biznes və vətəndaş cəmiyyəti sektorlarında çalışan alim və tədqiqatçılar, o cümlədən xarici ölkələrdə yaşayan azərbaycanlı alimlər arasında qarşılıqlı münasibətləri inkişaf etdirmək və ümummilli əhəmiyyətə malik elmi problemlərin müzakirəsində ictimai konsensus əldə etmək baxımından, eləcə də elmin bütün sahələri üzrə həmrəyliyin, qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılmasında Qurultay böyük əhəmiyyətə malikdir.
 
 
Tədbirdə xarici ölkələrin nüfuzlu alimlərinin, Nobel mükafatı laureatlarının və tanınmış azərbaycanlı alimlərin Qurultaya ünvanladığı təbriklər də səsləndirilib. Eyni zamanda məşhur azərbaycanlı alimlərdən Kaliforniya Berkli Universitetinin professoru Lütfi-Zadənin, AMEA-nın İdarəetmə sistemləri və İnformatika üzrə Elmi şuranın sədri, akademik İsmayıl İbrahimovun və Avstraliya Federativ Universitetinin professoru Adil Bağırovun virtual təbrik və çıxışları da dinlənilib.
 
 
Hazırda işini davam etdirən qurultayın sonunda  "Azərbaycan alimlərinin I Qurultayının Bəyannaməsi" qəbul ediləcək. Həmçinin AMEA-nın Biofizika və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova tərəfindən Qurultay iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə  Müraciət səsləndiriləcək.
 
 
Azərbaycan alimlərinin ilk qurultayı işini mədəni proqramla yekunlaşdıracaq.
 
 
Həqiqət İSABALAYEVA
 



Baxış sayı: 1019

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






02 İyun 2020

02/06/20
“Realme Smart TV” modelləri satışa çıxarılır

“Realme” şirkəti bu gün Hindistanda ilk “Realme Smart” televizorlarının satışına başlayır.

02/06/20
“Huawei Mobile WiFi 3” marşrutlayıcısı 16 qoşulmuş qurğunu dəstəkləyir

Çinin telekommunikasiya nəhəngi “Huawei” əsasən səyahətçilər üçün nəzərdə tutulan

02/06/20
Çinin yeni teleskopu UNO axtaracaq

Çin hökumətinin məlumatına görə, onlar sentyabrda yerdən kənar həyatın axtarışlarına başlayacaq. Bu məqsə

02/06/20
Yeni “iPhone” modellərinin istehsalına nə vaxt başlanacaq?

“Apple” şirkəti bu dəfə yeni nəsil “iPhone” smartfonlarını hər il olduğu kimi sentyabrda deyil, oktyabrda

02/06/20
“WhatsApp”da yeni fırıldaqçılıq sxemi aşkarlanıb

“WhatsApp” messencerinin istifadəçilərinə fırıldaqçılara onların hesablarını ələ keçirməyə imkan verən ye

01 06 2020

01/06/20
Alimlər natrium-ion batareyası hazırlayıblar

Alimlər natrium-ion batareyası hazırlayıb. Vaşinqton Universitetinin alimlərinin elmi işi “ACS Energy Let

01/06/20
2020-ci ildə dünyanın ən sürətlə inkişaf edən smartfon bazarının həcmi 15% azalacaq

Analitiklər əvvəllər dəfələrlə dünyada ən sürətlə inkişaf edən bazar kimi tanınan Hindistanın smartfonlar

01/06/20
Nazir Ramin Quluzadə uşaqlarla onlayn formatda görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyi

01/06/20
“Android 11” sisteminin buraxılışı təxirə salınıb

“Google” şirkəti smartfonlar üçün “Android” əməliyyat sisteminin yeni versiyasının iyunun 3-nə nəzərdə

01/06/20
“MSI Creator 15” noutbuku “4К” formatlı ekranla təchiz edilib

“MSI” şirkəti peşəkar istifadəçilər üçün nəzərdə tutulan “Creator 15” portativ kompüterini

01/06/20
“Microsoft” korporasiyası “Windows 10” üçün yeniləmə təqdim edib

ABŞ-ın “Microsoft” korporasiyası “Windows 10” əməliyyat sistemi üçün “Windows 10 May 2020 Update&

01/06/20
Yeni “Redmi 10X” smartfonu satışa çıxarılıb

“Redmi” şirkəti iyunun 1-də Çində ötən həftə təqdim edilən “Redmi 10X” smartfonunu satışa çıxarıb. O,

01/06/20
“Android” smartfonları üçün yeni “Samsung” prosessoru təqdim edilib

“Samsung” şirkəti mobil prosessorlar çeşidini genişləndirərək “Exynos 850” adlı çip təqdim

01/06/20
“HUAWEI”nin yeni hazırlaması “5G” texnologiyasının istifadəyə verilməsini daha asan və ucuz edir

“5G” simsiz rabitə texnologiyası daha kütləvi “3G” və “4G” ilə müqayisədə sürət

01/06/20
Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür

Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür. Ölkəmizdə poçt rabitəsi Səfəvilərin hakimiyyəti