12px13px15px17px
Tarix:30/12/14

“Microsoft” yeni brauzer hazırlayır

ABŞ-ın “Microsoft” korporasiyası əfsanəvi "Internet Explorer” brauzerini əvəzləməyə hazırlaşır. “Spartan” adlanan yeni layihənin yüksək işləmə sürəti ilə seçiləcəyi və "Firefox” və “Chrome” kimi digər populyar brauzerləri xatırlayacağı nəzərdə tutulur.
 
Məhsulun bazara “Microsoft”un "Windows 10” əməliyyat sisteminin yeni versiyası ilə eyni vaxtda çıxarılacağı gözlənilir. Qeyd olunur ki, söhbət “Internet Explorer” brauzerinin sayca 12-ci versiyasından getmir. 12-ci versiya bazara korporasiyanın digər iki məhsulu ilə birlikdə çıxarılacaq.
 
“Spartan” iki modifikasiyada - mobil telefonlar və fərdi kompüterlər üçün nəzərdə tutulacaq. Proqramın adı hələ ki işləkdir. Bir müddət sonra onun dəyişiləcəyi istisna edilmir.  
 
Korporasiya yeni brauzerin təqdimatını yanvarın 21-də keçirməyi planlaşdırır. Lakin bu, brauzer üzərində işin sürətlə getməyəcəyi təqdirdə gec də baş tuta bilər, - “Vesti yazır. 
 



Baxış sayı: 486

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 May 2020

29 05 2020