12px13px15px17px
Tarix:15/01/15

Azərbaycanda “Elektron kənd təsərrüfatı” sisteminin yaradılması istiqamətində bir sıra işlər görülüb

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi “Elektron kənd təsərrüfatı” sisteminin yaradılması istiqamətində görülən işləri açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, beynəlxalq ekspertləri cəlb etməklə, bu istiqamətdə zəruri ehtiyacların müəyyənləşdirilməsi məqsədilə mövcud hüquqi və təşkilati çərçivələr təhlil edilib, texniki şərtlər hazırlanıb. Bunun əsasında hazırda Avropa təcrübəsinə uyğun “İnteqrasiya olunmuş Nəzarət Sisteminin” (IACS) prinsiplərinə əsaslanan və 7 alt moduldan (Torpaq Sahələrinin İdentifikasiyası Sistemi, Fermer Təsərrüfatlarının Reyestri, Biznes Təhlili və Hesabatlar Modulu, Sənədlərin İdarə olunması Sistemi, Ərizələrin Emalı Modulu, Ödənişə İcazə Modulu və Risklərin Təhlili Modulu) ibarət olan “Elektron kənd təsərrüfatı” sisteminin tətbiqi üçün praktiki fəaliyyətə başlanılıb. Bu məqsədlə xidmətlərin satınalınması məqsədilə tender keçirilib və beynəlxalq məhsələtçilər qrupundan ibarət konsorsium seçilib.

Həmçinin “Aqrolizinq” ASC tərəfindən aparılan bütün əməliyyatların elektron-uçot sisteminə keçirilməsi başa çatdırılıb, o cümlədən güzəşt tətbiq ediləcək texnikalarla bağlı xüsusi proqram təminatı hazırlanıb və elektron məlumat bazası yaradılıb. “Aqrolizinq” ASC tərəfindən lizinqə verilən kənd təsərrüfatı texnikalarına güzəştlərin tətbiqi ilə əlaqədar 1 noyabr 2014-cü il tarixdən etibarən nazirliyin (www.agro.gov.az) və “Aqrolizinq” ASC-nin (www.agrolizing.gov.az) rəsmi internet saytları vasitəsilə onlayn rejimində müraciətlərin qəbuluna başlanılıb.

Bununla yanaşı, heyvandarlıqla məşğul olan fermer təsərrüfatlarının və digər dövlət baytarlıq nəzarəti obyektlərinin elektron qeydiyyatına başlanılıb, hazırda 4810-a qədər obyekt qeydə alınıb. Kənd təsərrüfatı heyvanlarının qeydiyyatı, heyvan xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri, aylıq və rüblük baytarlıq hesabatlarının XEMS və Az.VET elektron informasiya sistemində həyata keçirilməsi işləri davam etdirilir.
2014-cü ildən ölkədə fəaliyyət göstərən süni mayalama texnikləri tərəfindən aylıq hesabatların Kənd Təsərrüfatı Nazirliyinə elektron formada təqdim olunması sistemi qurulub. Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən göstərilən üç xidmət elektron xidmətlərin siyahısına daxil edilib.


Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”na uyğun olaraq hazırda nazirlik tərəfindən göstərilən 19 elektron xidmət “Elektron hökumət” portalına inteqrasiya edilib.
 
CAHANGİR
 



Baxış sayı: 566

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020