12px13px15px17px
Tarix:27/01/15

Britaniya müəllimlərin İT biliklərə yiyələnməsinə 3,6 milyon funt-sterlinq xərcləyəcək

Böyük Britaniya hökuməti müəllimlərin informasiya texnologiyaları (İT) üzrə biliklərə yiyələnməsi üçün 3,6 milyon funt-sterlinq xərcləmək niyyətindədir.

Vəsaitlərin məktəblərdə ibtidai sinif müəllimlərinə İT texnologiyalarını tədris edəcək şirkət ekspertlərinin haqqının ödənilməsinə sərf edilməsi planlaşdırılır.

İlkin mərhələsi 2014-cü ilin yayında keçirilən təlimdə "Microsoft", "IBM" və bir sıra digər şirkətlərin ekspertləri 43 mindən çox müəllim üçün mühazirələr söyləyib və praktiki məşğələlər keçirib. İkinci mərhələdə "Google" şirkətinin ekspertlərinin iştirakı gözlənilir, - "IT Expert" yazır. 



Baxış sayı: 654

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024