12px13px15px17px
Tarix:06/09/11

Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleks elektron muzey bələdçisinin tətbiqi ilə bağlı işləri tamamlayıb.

Tətbiq edilən NEXUS Electronic Guide elektron bələdçisi mobil telefona bənzər 2,2 düymlük ekranı olan daşınan multimedia cihazından ibarətdir. Qulaqcıqları olan cihaz muzeyə girişdə hər bir qonağa təqdim olunacaq.

NEXUS Electronic Guide-ın proqram təminatında muzeyin hər bir eksponatı haqqında mp3 formatında qısa məlumatlar mövcuddur. İstənilən eksponatın nömrəsini ekranda seçməklə onları dinləmək olar.

Bələdçi proqramı Azərbaycan, rus və ingilis dillərini əhatə edir. Layihədə İsrailin OPUS şirkətinin həlli tətbiq olunur. Bu şirkətin həlləri artıq Azərbaycan Dövlət İncəsənət Muzeyində uğurla tətbiq olunub.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə sentyabrın 7-də həmin elektron bələdçinin təqdimatı gözlənilir. Layihənin inteqrasiya işləri Azərbaycanın İT şirkəti "Ultra" tərəfindən həyata keçirilib.



Baxış sayı: 1324

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 May 2020

29 05 2020