12px13px15px17px
Tarix:12/02/15

Avropanın ilk kosmik gəmisi orbitə buraxılıb

Avropanın ilk “IXV” (The Intermediate eXperimental Vehicle – məsafəli sınaq nəqliyyat vasitəsi) kosmik gəmisi Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundan orbitə buraxılıb.
 
“IXV” İtaliyanın yüngül sinifli "Vega” raketdaşıyıcısı vasitəsilə göndərilib. Uçuşun ümumi müddəti 100 dəqiqə qiymətləndirilir. Aparat raketdaşıyıcısından 320 km hündürlükdə ayrılacaq. Uçuş zamanı gəminin vəziyyətini izləmək üçün 300-ə yaxın ötürücü və infraqırmızı kameradan istifadə olunacaq ki, bu da mütəxəssislər qrupuna “IXV” korpusu üzrə istilik yüklənməsinin paylanması haqqında dəqiq və ətraflı məlumat əldə etməyə imkan verəcək.  
 
Avropa Kosmik Agentliyinin məlumatına görə, aparat 450 km hündürlüyə çatacaq ki, bu da ona atmosferə təkrar daxil olan zaman saniyədə 7,5 km sürət yığmağa imkan verəcək. Kosmik gəmi sıx atmosfer qatına 120 km hündürlükdə daxil olacaq (atmosferə aşağı Yerətrafı orbitdən, məsələn, kosmik stansiya orbitindən daxil olmaq üçün tipik profil). Sonra “IXV” paraşütlə Sakit okeana enəcək. Uçuş zamanı uçuşun hipersəsli və yüksək səsli mərhələləri barədə məlumatların toplanacağı gözlənilir.
 
İlk sınaq buraxılışı noyabrın 18-nə planlaşdırılsa da, oktyabrda "Arianespace” şirkəti bunu uçuş trayektoriyalarının əlavə təhlilini aparmaq üçün təxirə salıb.
 
Xatırladaq ki, “Arianespace”, Avropa Kosmik Agentliyi və Fransanın "CNES” kosmik agentliyinin birgə layihəsi 5 ilə hazırlanıb və onun yaradılmasına 150 milyon avro xərclənib, -“Lenta” yazır. 



Baxış sayı: 403

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 May 2020

29 05 2020