12px13px15px17px
Tarix:16/02/15

2015-2016-cı tədris ili üçün SABAH qruplarına tələbə qəbuluna başlanılır

Təhsil Nazirliyi 2015-2016-cı tədris ili üçün SABAH qruplarına tələbə qəbulu üzrə müsabiqə keçirir. Qəbul 6 ixtisas qrupuna (təbiət, təhsil, iqtisadiyyat, humanitar, texniki, mədəniyyət) daxil olan 64 ixtisas üzrə aparılır.
 
Texniki sahədə tələbələr Bakı Dövlət Universiteti üzrə “İnformatika müəllimliyi”, “Kompüter elmləri”, Azərbaycan Texniki Universiteti üzrə “Elektrik  mühəndisliyi”, “Elektronika, telekommunikasiya  və radiotexnika mühəndisliyi”, “Kompüter mühəndisliyi”, “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi”, “Texnoloji maşınlar və avadanlıqlar mühəndisliyi” ixtisaslarını seçə bilərlər. SABAH qruplarının ixtisaslar üzrə digər baza ali təhsil müəssislərinə gəlincə, iştirakçılar Azərbaycan Dövlət Neft Akademiyası üzrə “Proseslərin  avtomatlaşdırılması mühəndisliyi”, Azərbaycan Dövlət Pedaqoji Universiteti üzrə “Riyaziyyat və informatika müəllimliyi” və s. seçə bilərlər.
 
Müsabiqədə ölkəmizdəki bütün ali təhsil müəssisəsinin bakalavr pilləsində I kursda əyani təhsil alan və orta akademik göstəricisi 61 baldan yüksək olan tələbələr iştirak edə bilər. Təhsil Nazirliyindən qeyd edilib ki, tələbələrin qeydiyyatı artıq başlayıb: “Qeydiyyat mərhələsi 15.03.2015-ci il tarixinə qədər davam edəcək.
 
 Müraciət etmək istəyən tələbələrdən “www.sabah.edu.az” saytında yerləşdirilmiş elektron ərizə formasını müvafiq şəkildə doldurmaları tələb olunur. Tələbələr elektron ərizəyə daxil etdikləri məlumatların müsabiqə şərtlərinə uyğunluğu yoxlanıldıqdan sonra imtahana dəvət olunacaqlar”.
 
Müsabiqə üç mərhələdə aparılacaq. İlkin mərhələdə tələbələrin akademik göstəriciləri qiymətləndiriləcək. İkinci mərhələdə tələbələr ingilis dili və məntiq üzrə test imtahanı verəcəklər. Bu prosesləri uğurla keçən namizədlər müsahibəyə dəvət olunacaqlar.
 
Müsabiqənin ikinci mərhələsi olan test imtahanının 2015-ci ilin aprel ayında keçirilməsi nəzərdə tutulur. İmtahan nəticələri elan olunduqdan sonra nəticələri yüksək olan tələbələr müəyyən olunmuş komissiya heyətinin iştirakı ilə müsabiqəyə çağrılacaqlar.
 
 
Həqiqət İSABALAYEVA




Baxış sayı: 572

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020