12px13px15px17px
Tarix:16/02/15

“AzEvroTel” yüksəksürətli internet xidməti üzrə yeni tariflər tətbiq edir

“AzEvroTel” dövlət şirkəti martın 1-dən VDSL texnologiyası ilə daha yüksəksürətli internet xidməti üzrə yeni tariflər tətbiq edir.

VDSL (Very – high data rate Digital Subscriber Line / Çox yüksəksürətli rəqəmsal abunəçi xətti) üzərindən internetə qoşulma xidməti haqqı 5 manat, aylıq abunə haqqı isə sürətdən asılı olaraq (2 Mbit/s-dən 50 Mbit/s-dək) 20-270 manat təşkil edəcək.
 
ADSL texnologiyası ilə müqayisədə, VDSL məlumatların ötürülməsində daha yüksək sürətə malikdir: İnternet istifadəçisi üçün 2 Mbit/s-dən 50 Mbit/s-yə qədər sürət təşkil etmək mümkündür.

ADSL texnologiyası ilə müqayisədə, VDSL texnologiyasının üstünlüyü ötürmə və qəbuletmə qabiliyyətinin yüksək və bərabər olmasıdır (upload/download). Hər iki istiqamətə: İnternet şəbəkəsindən (serverdən) istifadəçi tərəfə və əksinə çox yüksək sürətin olması
VDSL texnologiyası ilə internet xidmətinə qoşulan hər bir istifadəçi sürətdən asılı olaraq eyni zamanda bir neçə nöqtədə İPTV xidmətindən sərbəst istifadə edə bilərlər. Eləcə də, Statik İP və İT üzrə digər xidmətlərdən istifadə edilməsi mümkündür.

«AZ-EVRO TEL» MMC tərəfindən VDSL texnologiyası ilə xidmətlər əsas stansiya avadanlığından 1 000 metr məsafəyə qədər olan istifadəçilərə 2 Mbit/s ÷ 50 Mbit/s sürətləri ilə təşkil və təqdim edilir.
 
Bununla yanaşı, “AzEvroTel” ayrılmış xətt vasitəsilə limitsiz internet tariflərində də dəyişiklik edib.
 
 Belə ki, yeni tariflərə əsasən, qoşulma haqqı 30 manat olmaqla, sürətdən asılı olaraq (2-15 Mbit/s) aylıq abunə haqqı 25-205 manat təşkil edir. Bu arada 15 Mbit/s-dən 50 Mbit/s-dək sürətə qədər hər 1 Mbit/s sürətlə internetə qoşulma 13 manat, 50 Mbit/s sürətdən sonrakı hər 1 Mbit/s sürət üçün 10 manat əlavə ödənilməlidir.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 511

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 May 2020

25 05 2020