12px13px15px17px
Tarix:25/02/15

Dünyada gözlənilən İKT kadrlarının qıtlığına qarşı BTİ qadınların bu sahəyə cəlbinə üstünlük verir

İnformasiya-kommunikasiya texnologiyaları (İKT) bu gün həyatımızın bütün aspektlərinə sürətlə sirayət edir.

Belə bir məqamda İKT ixtisasları üzrə kadr hazırlığı vacib məsələ kimi önə keçir, eyni zamanda 2020-ci ilə dünyada ən azı 2 milyon İKT işçisinin defisiti probleminin yaranacağı proqnozlaşdırılır.
 
 Bu fikirlə çıxış edən Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) qeyd edir ki, araşdırmalar xüsusilə kifayət qədər gənc qadınların karyera seçimində İKT sahəsini seçmədiyini göstərir: “Ona görə də gözlənilən boşluğu qadın və qızların İKT-yə cəlbi doldura bilər. Bunun üçün isə sərmayələrin qadın və qızların İKT sahəsində kadr hazırlığına yönəlməsi aktuallaşır”.
 
 
Qeyd edək ki, sözügedən məsələ Azərbaycanda da aktualdır. Bu aktuallığı nəzərə alaraq, ölkəmizdə İKT sahəsində çalışan qadınları əhatə edəcək ilk peşəkar qurum - Azərbaycan Qadınlarının İKT Klubu (AQİK) “Femmes digitales” yaradılıb. 20-ci “Bakutel-2014” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi çərçivəsində elan edilən klubun yaradılmasında məqsəd dövlət və özəl sektorlarda, habelə ictimai fəaliyyət sahələrində İKT istiqaməti üzrə fəal olan qadınları və qızları bir araya gətirməkdir.
 
Klubun təsisçiləri və üzvləri öz şəxsi nümunələrindən çıxış etməklə və praktiki təlimlər vasitəsilə azərbaycanlı qadınların və qızların sürətlə inkişaf edən bu maraqlı sahə üzrə təhsil almaq və karyera qurmaq üçün informasiya və kommunikasiya texnologiyalarının verdiyi imkanlardan faydalanmaq istəyini təşviq etməyi planlaşdırırlar. Klubun təsisçiləri arasında “B.est Solutions”, “Microsoft”, “HP”, “Azercell”, “Bakcell”, “Azerfon”, “BBTV”, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AGAT, ITECA, Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi, ASAN, “Mont”, “Art Scarves by Menzer Hajiyeva” kimi şirkət və təşkilatlarda çalışan qadınlar təmsil olunur.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 453

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 İyun 2020

03 06 2020

03/06/20
2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük həcmi 7% azalacaq

“Canalys”in analitiklərinin proqnozuna görə, 2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük h

03/06/20
“5G” dəstəkli “Honor” smartfonları təqdim olunub

“Honor” brendi Çində beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən “Honor Play 4” və

03/06/20
Dünya fərdi kompüter və planşetlər bazarında azalma gözlənilir

“Canalys” şirkəti bu il dünya fərdi kompüter və planşetlər bazarında kəskin azalmanı proqnozlaşdıraraq bu

03/06/20
“Facebook” köhnə nəşrləri "toplu" şəkildə silməyə imkan verib

“Facebook” sosial şəbəkəsi tərəfindən hazırlanmış alət vasitəsilə istifadəçilər öz hesablarından rəqəmli

03/06/20
“Android” üçün təhlükəli proqramlar aşkar edilib

“Google Play Store” internet mağazasında “Android” sistemi ilə işləyən qurğular üçün nəzərdə tutulmuş iki mob

03/06/20
Orta qiymət sinfinə məxsus ən güclü smartfonların reytinqi tərtib edilib

Mobil qurğuların məhsuldarlığını qiymətləndirmək üçün nəzərdə tutulmuş “AnTuTu” proqramının yaradıcıları

03/06/20
Şotlandiyada “Covid-19” testləri dronlar vasitəsilə çatdırılacaq

Şotlandiyanın Milli Səhiyyə Xidməti (NHS) və Böyük Britaniyanın “Skyports” şirkəti arasında pilotsuz uçan

03/06/20
“iOS” yeniləməsi “iPhone” və “iPad” qurğularını sıradan çıxarıb

“iPhone” və “iPad” qurğularının istifadəçiləri problemlərlə üzləşiblər.