12px13px15px17px
Tarix:26/02/15

“Google” iki ilə bir milyon avropalıya “rəqəmli bacarıqlar” öyrədəcək

ABŞ-ın “Google” şirkəti iki il ərzində bir milyon avropalıya “rəqəmli bacarıqlar” öyrətməyi planlaşdırır. İnternet nəhəngi Avropa biznesinə dəyişiklik edərək qitədə iki bölməni birləşdirəcək.


Yeni biznesə məsul Londonda fəaliyyət göstərəcək Metti Brittin olacaq. Onun sözlərinə görə, vahid struktur şirkətə yerli şəraitə və imkanlara daha yaxşı reaksiya verməyə şərait yaradacaq.


Şirkət həmçinin yeni təşəbbüslərlə çıxış etməyi düşünür. Cümə axşamı M.Brittin Brüsseldə “Google”un iki il ərzində bir milyon avropalıya “rəqəmli bacarıqlar” öyrətməyi öz öhdəsinə götürməsini bəyan edəcək. Bundan əlavə, şirkət nümayəndələri “Google”un vahid rəqəmli bazarın yaradılması üzrə planları dəstəkləməsini açıqlayacaqlar. Söhbət Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkerin əsas təklifindən gedir.  


M.Brittin sözlərinə görə, dəyişikliklər rəqabət təzyiqinə cavabdır. Şirkət nümayəndəsi əlavə edib ki, bu yaxınlarda o nəşriyyatçılarla söhbət edib. “Çoxları trafikin əsas hissəsini “Google”dan deyil, "Facebook” və ya “Twitter” şəbəkələrindən alır. Biz dinamika və rəqabətin artdığı dünyada yaşayırıq”, - o vurğulayıb, - “Qazeta.ru” yazır.  



Baxış sayı: 875

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024