12px13px15px17px
Tarix:12/03/15

Dünya mağazalarının 80 faizində kartla ödəniş etmək təhlükəlidir

Dünyanın beş pərakəndə satış mağazasından dördü plastik kartlardan istifadə sahəsində təhlükəsizlik standartlarına uyğunluq testindən keçə bilməyib.
 
“Verizon Communications” şirkətinin yeni hesabatına görə, bu ticarət mağazalarının əksəriyyəti ticarət platformasında həyata keçirilən bütün proseslərin təhlükəsizliyinin təmini üçün proqram təminatının modernləşdirilməsi barədə düşünmür. Onlayn pərakəndə satış mağazaları və digər ticarətçilər alıcıların təhlükəsizliyinə yalnız illik dünya standartlarına uyğunluq yoxlanışı ərəfəsində diqqət yetirir.
 
Tədqiqatın nəticələrindən məlum olub ki, yoxlanışdan keçən mağazaların yalnız 20 faizi təhlükəsizlik standartlarına riayət edib.
 
Bununla belə, bu sahədə müsbət tendensiya müşayiət olunur. Belə ki, 2013-2014-cü illərdə ödəniş məlumatlarının təhlükəsizliyinə əməl edən şirkətlərin sayı 18 faiz artıb.
 
“Verizon Communications”ın məlumatına görə, son on ildə kiberhücuma məruz qalan heç bir şirkət fırıldaqçılığın həyata keçirilməsi anında təhlükəsizlik standartlarına tam cavab verməyib.
 
Buna baxmayaraq alıcılar kredit və debet kartlar vasitəsilə həm ənənəvi mağazalarda, həm də internet mağazalarında aktiv alış-veriş edirlər. ABŞ-da alışların 2/3 hissəsi nağdsız hesablaşmalar əsasında həyata keçirilib. Həmçinin internetdə illik hesablaşmaların həcmi 2,17 trilyon dollar təşkil edir.
 
Hesabatda otuz ölkənin və beş mindən çox pərakəndə satış mağazasının məlumatları toplanıb, - "Payspacemagazineyazır. 



Baxış sayı: 533

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024