12px13px15px17px
Tarix:29/03/15

Dolların bahalaşmasına görə dünyada fərdi kompüter və mobil telefonların satışı 7,2 faiz azalacaq

"Gartner" tədqiqat agentliyinin proqnozuna görə, bu il dünya kompüter və mobil elektronika bazarının həcmi natural ifadədə 2,8 faiz artacaq, lakin pula nisbətdə dolların bahalaşmasına görə azalacaq.
 
Analitiklərin məlumatına görə, 2015-ci ildə dünyada fərdi kompüterlərin, planşetlərin, bahalı ultrabukların (məsələn, MacBook Air) və mobil telefonların tədarükü 2,49 milyon ədədə çatacaq. Ötən il bu göstərici 2,42 milyona bərabər olub. Bu halda məhsul satıcıları və istehsalçılarının ümumi mədaxili 7,2 faiz azalaraq 226 milyard dollaradək enəcək. Valyuta məzənnələrinin dəyişməsi nəzərə alınmadan bazarda tənəzzül pula nisbətdə 3,1 faiz təşkil edəcək.  
 
Mütəxəssislərin proqnozuna əsasən, qlobal miqyasda fərdi kompüter və noutbukların tədarükü 2015-ci ildə 306 milyon ədədədək azalacaq ki, bu da 2014-cü ilin göstəricisindən 2,4 faiz aşağıdır.
 
Ekspertlərin dünya mobil telefon bazarı ilə bağlı verdikləri proqnoza görə, 2015-ci ildə bu bazarda 3,5 faizlik - 1,9 milyard ədədədək artım gözlənilir. İstehlakçıların əsas diqqəti elektronikanın ümumi ucuzlaşması şəraitində ucuz smartfonlara yönələcək. Son illər ərzində telefonların orta satış qiyməti bahalı qurğular sayəsində artıb, lakin hazırda qiymətlər ya cüzi azalacaq, ya da indiki səviyyədə qalacaq ki, bu da smartfonlara tələbatın ödənilməsi ilə əlaqədardır.
 
"Gartner" mütəxəssisləri planşet və hibrid noutbukların 2015-ci ildə tədarükünün 237 milyon ədədə çataraq illik hesablamada 4,3 faiz artacağını gözləyirlər. Qeyd olunur ki, bahalı ultrabukların buraxılışı 53,5 milyon ədəd olacaq. 2014-cü ildə bu göstərici 36,7 milyon təşkil edib. Bu seqmentin həcminin say artımına baxmayaraq pulifadəsində nisbətdə 51 milyard dollardan 48 milyard dollaradək azalacaq. Analitiklərin proqnozuna görə, 2016-2017-ci illərdə bahalı ultrabukların ümumi satış həcmi müvafiq olaraq 50 və 51 milyard dollara bərabər olacaq, - "DailyComm" yazır.
 



Baxış sayı: 509

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020