12px13px15px17px
Tarix:13/05/15

"Hər yerdə pulsuz Wi-Fi olacaq"

“Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar Dənizkənarı Bulvar ərazisi artıq gücləndirilmiş iş rejiminə keçib”.

Bunu Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib. Onun sözlərinə görə, İlk Avropa Oyunları ilə əlaqədar “Kristal Holl”da müxtəlif idman növləri üzrə yarışların keçirilməsi nəzərə alınaraq, burada hazırlıq işləri görülüb. 

“Saray artıq Avropa Oyunlarının keçirilməsi üçün tam hazır vəziyyətə gətirilib. Həmçinin Bulvar ərazisində yerləşən Bakı İdman Sarayı da oyunlara tam hazırdır”.

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini bildirib ki, bulvarda “Wi-Fi” internet şəbəkəsinin genişləndirilməsi üçün də işlər aparılır.

“Bulvarın əksər yerində çoxdan “Wi-Fi” var. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə iş aparırıq. Çalışırıq ki, Bulvarın hər yerini pulsuz “Wi-Fi” şəbəkəsi ilə təmin edək. Bu istiqamətdə işlər aparılır və I Avropa Oyunlarının keçirilməsinə 1 ay vaxt qalmasını nəzərə alsaq bu işləri yekunlaşdıracağıq.

İnsanların daha çox toplaşdığı, yarışlar keçiriləcək idman saraylarının ətrafında, restoranların, kafelərin yanında, böyük monitorlar olan ərazidə pulsuz “Wi-Fi” şəbəkəsi tam təmin olunacaq”.
 



Baxış sayı: 307

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020