12px13px15px17px
Tarix:01/06/15

Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları təsdiq edilib

                                               AZƏRBAYCAN   RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

QƏRAR

№ 165

Bakı şəhəri, 4 may 2015-ci il

"Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı  işəgötürənə  göndərilən məlumat  forması,  habelə  qeydiyyata  alınmış  əmək müqaviləsi bildirişinin məlumatlarını  real  vaxt rejimində əldə etməklə bağlı Qaydalar"ın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli 1165-IVQD nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 fevral tarixli 1031 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

 

"Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar"ın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 738) aşağıdakı dəyişikliklər edilsin:
 

1. Adına və ikinci abzasına "elektron informasiya sisteminə" sözlərindən sonra "gücləndirilmiş elektron imza vasitəsilə" sözləri əlavə edilsin.
 

2. Həmin qərarla təsdiq edilmiş "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar" üzrə:
 

2.1. adına, 1.1-ci, 2.1-ci bəndlərinə, 3-cü hissəsinə, 3.1-3.3-cü, 5.3-cü, 6.2-ci və 8.1-ci bəndlərinə  "elektron informasiya sisteminə" sözlərindən sonra "gücləndirilmiş elektron imza vasitəsilə" sözləri əlavə edilsin;
 

2.2. Qaydalara 1, 2, 3, 4, 5, 6, 7 və 8 nömrəli əlavələrin adına "elektron informasiya sisteminə" sözlərindən sonra "gücləndirilmiş elektron imza vasitəsilə" sözləri əlavə edilsin.
 

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə
 





Baxış sayı: 1063

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 May 2020

25 05 2020