12px13px15px17px
Tarix:01/06/15

Rabitə operatorunun nümayəndələri valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaqlarla görüşüb

 “Qadın və uşaqların problemlərinin araşdırılması” ictimai birliyinin təşkilatçılığı və “Nar” rabitə operatorunun dəstəyi ilə 1 iyun – Uşaqların beynəlxalq müdafıəsi günü ərəfəsində valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaqlar üçün ”Onlar bizim birimizdir” adlı bayram tədbiri keçirilib.
 
 
Bakı, Ağdam, Füzuli, Şamaxı, Ağsu və Zaqataladan olan uşaqların qatıldıqları tədbirdə ümumilikdə 60 azyaşlı iştirak edib.
 
Tədbir çərçivəsində uşaqlar üçün İçərişəhərdə, Bayraq Meydanında gəzinti, Azərbaycan Xalça Muzeyində və Heydər Əliyev Mərkəzində ekskursiya təşkil olunub.
Dövlət qurumlarının və QHT nümayəndələrinin iştirak etdiyi tədbirdə uşaqlar üçün interaktiv oyunlar təşkil edilib, onlara bayram hədiyyələri verilib.
 
“Nar” hər zaman uşaqlara,  gənc nəslə xüsusi diqqət və qayğı göstərməyə davam edir.  
 
 



Baxış sayı: 313

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020