12px13px15px17px
Tarix:11/06/15

Ötən ay rabitə xidmətlərinə görə borcun olmamasına dair 1401 elektron arayış alınıb

Artıq rabitə xidmətlərinə görə borcun olub-olmaması haqqında arayışı əldə etmək üçün abunəçilərin telefon qovşaqlarına getmələrinə ehtiyac qalmayıb.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, may ayı ərzində “Elektron hökumət” portalı vasitəsilə “Rabitə xidmətlərinə görə borcun olmaması barədə arayış” elektron xidmətindən 1401 dəfə istifadə olunub.
 
Təqdim olunan elektron arayışda sənədin nömrəsi, verilmə tarixi, vətəndaşın tam adı, qeydiyyatda olduğu ünvan, ünvanda qeydiyyatda olan telefon nömrəsi və hansı tarixə rabitə borcun olmaması barədə məlumat öz əksini tapır. Arayış təqdim olunacaq təşkilat elektron arayışda əks olunan QR-kod və ştrix kod vasitəsi ilə sənədin həqiqiliyini yoxlaya bilir.
 
CAHANGİR






Baxış sayı: 721

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024