12px13px15px17px
Tarix:18/06/15

Avropanın telekommunikasiya şirkətləri Avropa Birliyindən islahatların keçirilməsini xahiş edir

Avropanın ən böyük telekommunikasiya şirkətlərinin rəhbərləri Avropa Şurasının sədri Donald Tusk və Avropa Birliyinin 28 ölkəsinin rəhbərinə  məktubla müraciət edərək onları Avropa Birliyi bazarının tənzimləmə sistemində təcili islahatlara səsləyib. Məktubu imzalayanlar arasında Almaniyanın “Deutsche Telekom”, Hollandiyanın “KPN”, Fransanın “Orange” və İspaniyanın “Telefonica” telekommunikasiya şirkətlərinin rəhbərləri də var.
 
"ICTnews" elektron xəbər xidməti “vedomosti.ru” saytına istinadən bildirir ki, məktub müəlliflərinin fikrincə, rabitə operatorları, genişzolaqlı internetə çıxış provayderləri və öz xidmətlərini təqdim etmək üçün telekommunikasiya şirkətlərinin infrastrukturundan istifadə edən yeni bazar iştirakçıları (“WhatsApp”, “Facebook” və “Google” messencerləri) üçün vahid tənzimləyici normalar tətbiq etmək lazımdır.
 
Bazar iştirakçıları Avropa Birliyinin rəqəmli siyasət üzrə əvvəlki komissarı Neli Krus tərəfindən irəli sürülmüş islahatları qənaətbəxş hesab etmir. Neli Krusu əvəzləmiş Gunter Ettinqer istifadəçilərin fərdi məlumatlarının məxfiliyi, əqli mülkiyyətin müdafiəsi daxil olmaqla ən müxtəlif aspektləri nəzərə alan yeni vahid rəqəmli bazarın yaradılması konsepsiyasını formalaşdırıb. Növbəti həftə Brüsseldə keçiriləcək Avropa Şurasının iclasında iştirakçılar "telekommunikasiya sisteminin genişmiqyaslı islahatı”nı müzakirə etməyi və bundan sonra nəticə layihəsinin dərcini planlaşdırır.
 
Emil Hüseynov



Baxış sayı: 454

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 May 2020

24 05 2020