12px13px15px17px
Tarix:13/07/15

“iPhone” tələbələrə təhsildə mane olur

Rays Universitetinin psixoloqları tələbələrə eksperiment məqsədilə "iPhone” smartfonu paylayıblar.

Mütəxəssislər tədqiqat iştirakçılarının qurğulardan informasiya axtarışı, elektron dərsliklərin oxunması və təhsillə əlaqədar videolara baxılması üçün istifadə edəcəklərinə ümid ediblər. Tələbələr də eksperimentin əvvəlində buna əmin olsalar da, əslində hər şey bunun əksini göstərib.  
 
Alimlər eksperimentdən əvvəl və sonra tələbələrə bir sıra suallar veriblər və hər cavab balla qiymətləndirilib. Tələbələrdən eksperimentin əvvəlində smartfonların daha yaxşı oxumağa kömək etməsi ilə bağlı sual verildikdə, orta bal 3,71 təşkil edib. Bir il sonra göstərici 1,54 baladək aşağı düşüb. Bu isə o deməkdir ki, tələbələr fikirlərini dəyişib.
 
“iPhone”nun dərsdən yayındırması ilə bağlı suala iştirakçıların verdiyi cavabın orta balı əvvəlcə 1,91-ə bərabər olub. Eksperimentin sonuna nəticə 4,03 baladək artıb. Smartfonların ev tapşırıqlarını yerinə yetirməkdə və testlərə hazırlıqda kömək etməsi ilə bağlı suala verilə cavablar əvvəlcə müsbət olsa da, eksperimentin sonuna mənfi olub. Tədqiqatdan məlum olub ki, könüllülər “iPhone”dan təhsil üçün deyil, əyləncə üçün istifadə ediblər.
 
Qeyd edək ki, Stenford Universitetinin alimləri tərəfindən keçirilən eksperimentdən başqa nəticələr əldə olunub. Tədqiqat nəticələrinə görə, “iPhone”dan istifadə edən tələbələrin 70 faizi mütəşəkkil olub, 54 faizi daha yaxşı oxumağa başlayıb.  
 
“iPhone”dan zəngli saat kimi respondentlərin 89 faizi istifadə edir, vaxtı 85 faiz öyrənir, yatağa girəndə yanına 75 faiz qoyur, 69 faizi evdə mobil qurğunu yox, pul kisəsini unudur. Tələbələrin 41 faizi “iPhone”nun itirilməsini böyük itki hesab edir, 15 faiz mütəmadi müxtəlif mediakontent yükləməsini etiraf edib, 3 faiz isə smartfona ad verib, - "Macdigger yazır.



Baxış sayı: 712

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024