12px13px15px17px
Tarix:29/07/15

“Elektron hökumət” portalında Səhiyyə Nazirliyinin 36 elektron xidmətindən 33-ü yer alıb

Əhalinin sağlamlığının təmin olunması, infeksion və parazitar xəstəliklərin yayılmasına yol verilməməsi üçün obliqat qruplara aid edilən şəxslər mütləq həm işə daxil olanda, həm də sonralar dövri olaraq tibbi müayinələrdən keçməlidirlər.
 
Bu qrupa əsasən sosial sahələrdə çalışan şəxslər - həkimlər, müəllimlər, yeyinti məhsulları, qida sənayesində, fabriklərdə, otellərdə çalışanlar, bir sözlə, əhali ilə daha çox ünsiyyətdə olan insanlar daxildir.
 
 Məcburi olan bu prosesin məqsədi belə xəstəlikləri vaxtında aşkarlamaq və yayılmasına imkan verməməkdir: Onların vaxtında müayinədən keçməsinə nəzarəti daha da gücləndirmək, prosesi şəffaflaşdırmaq məqsədi ilə Səhiyyə Nazirliyində müvafiq informasiya sistemi də yaradılıb.
 
Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzləri həmin müəssisələrin mütəmadi müayinədən keçməyini təmin edir. Obliqat əhali qrupu müayinədən poliklinikalarda, tibb müəssisələrində pulsuz olaraq keçirlər.
 
Eyni zamanda müayinənin nəticələrinə uyğun olaraq, obliqat qrupa aid olan vətəndaşlar işə buraxılma icazəsi verilir. Sözgedən şəxslər bu haqda son nəticəni, yəni icazə ilə bağlı məlumatı SMS vasitəsilə ala bilərlər. Müvafiq xidmət nazirliyin “Obliqat qrupa aid olan vətəndaşların işə buraxılma icazəsinin olması barədə SMS vasitəsi ilə xəbərdarlıq verilməsi” adlanır.
 
Xidmətin yaradılmasının əsasına gəlincə, bu xidmət “Tibbi müayinə kartı” sisteminin tətbiqi Qaydaları nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2006-cı il 12 iyun tarixli 142 nömrəli qərarı ilə yaradılıb. Qeyd olunduğu kimi, xidmətin məqsədi obliqat qrupa aid olan vətəndaşların tibbi müayinəsinin keyfiyyəti və vaxtında aparılmasıdır. Xidmətdən istifadə qaydasına gəldikdə, obliqat qrupa aid olan vətəndaş mobil telefon vasitəsilə 9103 nömrəsinə “İCAZE” sözünü və “Tibbi müayinə kartı”nın üzərindəki 12 rəqəmli unikal kodunu qısa mesaj (SMS) ilə göndərməlidir. Qısa müddət ərzində sistem vətəndaşın işə buraxılma icazəsinin olması barədə məlumatı abonentə göndərir. Xidmətdən “Azercell”, “Bakcell”, “Azerfon” (Nar) istifadəçiləri yararlana bilərlər.
 
 
 
 
Xidmət nazirliyin rəsmi saytında yer alsa da, indiyə qədər “www.e-gov.az” a daxil edilməyib.
 
Qurumun vahid portala inteqrasiya edilməyən digər xidmətlərinə “Özəl tibb müəssisəsində narkotik və psixotrop maddələrin istifadəsinə razılıq məktubunun verilməsi” və “Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində işə qəbulla bağlı keçiriləcək müsabiqələrdə iştirak etmək üçün müraciət və sənədlərin qəbulu” daxildir.

 

 
“Özəl tibb müəssisəsində narkotik və psixotrop maddələrin istifadəsinə razılıq məktubunun (icazənin) verilməsi”  xidmətinin məzmununa gəlincə, o, özəl tibb müəssisəsində narkotik və psixotrop maddələrin istifadəsinə razılıq məktubunun verilməsi üçün bu reqlamentə əlavədə göstərilən ərizə formasının və bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərin elektron formada qəbul edilməsindən və nəticəsi barədə istifadəçiyə məlumat verilməsindən  ibarətdir.
 
 
Qeyd edək ki, hazırda “Elektron hökumət” portalında Səhiyyə Nazirliyinin 36 xidmətindən 33-ü yer alıb.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 341

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Oktyabr 2019

23/10/19
2022-ci ildə smartfon satışının 60%-i “5G”-qurğuların payına düşəcək

“Strategy Analytics” analitik şirkəti beşinci nəsil (5G) şəbəkələrini dəstəkləyən smartfon seqmentinin in

23/10/19
Sənaye müəssisələrinin 50%-dən çoxu hələ də köhnə sistemlərin idarəetməsi altında işləyir

Sənaye müəssisələrinin şəbəkələrində istifadə olunan kompüterlər hələ də köhnə və dəstəyi bitmiş əməli

23/10/19
“Amazon” şirkəti insanların Aya göndərilməsinə kömək edəcək

“Amazon” şirkətinin rəhbəri və “Blue Origin” özəl aerokosmik müəssisəsinin təsisçisi Ceff Bezos ABŞ Kos

23/10/19
“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində “Eurasia Innovation Day” keçirilib

Bu gün Heydər Əliyev Mərkəzində “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüks

23/10/19
BƏƏ-də dünyanın ilk süni intellekt universiteti açılacaq

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə tələbələrə “Süni intellekt” ixtisası üzrə təhsil almağa

23/10/19
“Microsoft” ən yaxşı mobil əməliyyat sisteminin adını açıqlayıb

“Microsoft”un top-meneceri bildirib ki, “Android” platforması smartfonlar, həmçinin şirkət tərəfindən təq

23/10/19
“Zipline” dronları təlimlər zamanı döyüş meydanına dərmanlar çatdırıb

ABŞ-ın “Zipline” şirkətinin pilotsuz uçan aparatları təlimlər zamanı döyüş meydanına 

23/10/19
“WhatsApp” messencerində yeni funksiya tətbiq edilib

“WhatsApp” messencerində tətbiq ediləcək yeni funksiya qrup çatlarına istifadəçiləri əlavə etmək hüququna malik

22 10 2019

22/10/19
“İnnovasiya həftəsi” çərçivəsində “İnnovasiya ekosisteminə siyasi baxış” mövzusunda dəyirmi masa keçirilib

Bu gün ADA Universitetində “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Nəqliyyat,

22/10/19
Böyük Britaniyada hava taksisi sınaqdan keçirilir

Böyük Britaniyanın “Vertical Aerospace” startapı öz yeni hava taksisinin ilk sınaq uçuşunu nümayiş etdiri

22/10/19
2-ci “Bakı Elektron Ticarət Forumu” davam edir

“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində keçirilən 2-ci “Bakı Elektron Ticarət Forumu (BEF – 20

22/10/19
Böyük data mərkəzlərinin sayı 500-ü ötüb

Bu ilin üçüncü rübündə dünyada hipermiqyaslanan data mərkəzlərinin sayı 504-ə çatıb. Bu göstəri

22/10/19
Sinqapurda 3D printerdə şokolad-konfetlər çap edilib

Sinqapurlu mühəndislər şokoladları 3D printerdə çap ediblər, “Scientific Reports” jurnalı məlumat verib.

22/10/19
BMT robot qatillərin tətbiqini qadağan edən beynəlxalq saziş hazırlamağa çağırır

Nobel mükafatı laureatı Codi Uilyams Nyu-Yorkda BMT-nin mənzil-qərargahında keçirilən mətbuat 

22/10/19
Ən sürətli mobil prosessorların reytinqi dərc edilib

Çinin smartfonların testində ixtisaslaşan populyar “Master Lu” servisi 2019-cu ilin üçüncü

22/10/19
“Kaspersky Antidrone” sistemi satışa çıxarılacaq (Video)

Rusiyanın “Kasperski laboratoriyası” antivirus şirkəti antidron sisteminin satışlarına başlayacaq.

22/10/19
“HTC” blokçeyn smartfonunu təqdim edib

"HTC" şirkəti kriptovalyuta istifadəçiləri üçün nəzərdə tutulmuş "Exodus 1s" smartfonu üç

22/10/19
Bu ölkənin universitetlərində smartfonlardan istifadəyə qadağa qoyulub

Hindistanın şimalında yerləşən Uttar-Pradeş ştatındakı kollec və universitetlərdə smartfonlardan istifadə