12px13px15px17px
Tarix:31/07/15

ABŞ hökuməti kriptovalyuta sahəsində tədqiqatları maliyyələşdirəcək

Üç ABŞ universiteti kriptovalyutaları (virtual pul) tədqiq etmək niyyətində olmasını bəyan edib. Bu məqsədlə Milli Elm Fond tərəfindən 3 milyon dollar məbləğində qrant ayrılıb.
 
Karnegi, Merilend və Kaliforniya universitetləri diqqəti tədqiqatlarla yanaşı, yeni kriptovalyuta sistemlərinin öyrənilməsinə yönəldəcək. Maliyyə vəsaitlərindən layihədə iştirak edən tədqiqatçıların dəstəklənməsi üçün istifadə olunacaq.
 
Tədqiqat prosesində tranzaksiyaların miqyasının genişləndirilməsinə, son istifadəçi üçün məxfiliyin və funksionallığın artırılmasına imkan verən yeni sistemlərin yaradılması planlaşdırılır. Tədqiqatçılar Merilend Universitetinin əvvəlki elmi işlərindən faydalanacaq.
 
İyunda Merilend Universiteti Karnegi Universiteti ilə birlikdə bildirişlərin göndərilməsi üçün mühafizəli sistemin yaradılması üzərində işi başa çatdırıb. Hazırda məxfi saxlanılan layihədə bəzi tamamlama işləri aparılır.
 
Layihənin maliyyələşdirilməsi təşəbbüsü məqsədi rəqəmli mühitdə kibertəhlükəsizlik və məxfiliyin inkişafı olan "Secure and Trustworthy Cyberspace Program” proqramına məxsusdur, - “Payspacemagazine”  yazır.



Baxış sayı: 492

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024