12px13px15px17px
Tarix:03/08/15

Açıq Hökumət Məlumatları portalına yeni məlumat bazaları əlavə olunub

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi Açıq Hökumət Məlumatları portalına yeni məlumat bazalarının inteqrasiya edildiyini açıqlayıb.
 
Mədəniyyət və Turizm Nazirliyinin 4 adda yeni açıq məlumat bazaları portala əlavə olunub.
 
Bu məlumat bazalarına “İnternet saytın səhifəsinə interaktiv “Gomap.az” xəritəsinin əlavə olunması”, “Xəritəyə markerin əlavə edilməsi”, “Xəritəyə bir neçə markerin əlavə edilməsi” və “Xəritə üzərində koordinatlara görə ünvanın tapılması metodu” daxildir.
 
Portalda açıq edilən hər bir məlumat bazası üzrə bütün cari informasiyalar və hər bir məlumat üzrə yaradıla biləcək  mobil servislərin hazırlanma metodları barədə təlimatlar yerləşdirilib. Sözügedən məlumat bazaları naviqator tipli mobil əlavələrin hazırlanması üçün zəruri informasiyaları əhatə edir.
 
Qeyd edək ki, hazırda açıq məlumatlar portalında Ədliyyə, Rabitə və Yüksək Texnologiyalar, Mədəniyyət və Turizm, Səhiyyə nazirliklərinin, “Azərsu” ASC-nin və Dövlət Gömrük  Komitəsinin məlumatları yerləşdirilib.
 
CAHANGİR
 



Baxış sayı: 225

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020