12px13px15px17px
Tarix:17/08/15

Energetika Nazirliyi iki elektron xidmətinin inzibati reqlamentlərində dəyişikliklər edib

Energetika Nazirliyinin iki elektron xidmətinin inzibati reqlamentlərində dəyişikliklər olunub.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, dəyişikliklər nazirliyin “Neft məhsullarının satışına xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətlərin və sənədlərin qəbulu” və “Qaz məhsullarının satışına xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətlərin və sənədlərin qəbulu” e-xidmətlərinə şamil olunub.
 
Dəyişikliklərə əsasən, hər iki inzibati reqlamentin 2.2-ci bəndinin üçüncü abzasında verilmiş cədvəlin səkkizinci sətrində  “Bakı Şəhər Vergilər Departamenti” sözləri “Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti” sözləri ilə və doqquzuncu sətrində “1400305751” rəqəmləri “1403006271” rəqəmləri ilə əvəz edilib. 
 
Dəyişikliklər “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Strukturu”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Prezidentinin 2015-ci il 2 fevral tarixli 1012 nömrəli Sərəncamının 2.3-cü bəndinin icrasının təmin edilməsi ilə bağlı olub.
 
CAHANGİR
 



Baxış sayı: 1066

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






31 May 2020

30 05 2020