12px13px15px17px
Tarix:27/08/15

Bakı Dövlət Universitetində nanomateriallar və nanotexnologiyalar sahəsində tədqiqatlar davam etdirilir

Bakı Dövlət Universitetinin (BDU) Nanotexnologiya Mərkəzi fəaliyyətini uğurla davam etdirir. Nanomateriallar və nanotexnologiyalar sahəsindəki böyük uğurlarına, əldə etdiyi nailiyyətlərinə görə BDU 56 müsəlman dövləti içərisində İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) xüsusi mükafatına layiq görülüb.


Universitetin rektoru, akademik Abel Məhərrəmov bu fikri Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi və BDU-nun Tətbiqi Riyaziyyat İnstitutunun (TRİ) təşkilatçılığı ilə keçirilən COIA-2015 – “Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma-2015” mövzusunda 5-ci Beynəlxalq konfransda (“Control and Optimization with Industrial Applications (COIA-2015)” bildirib.
 
Rektor qeyd edib ki, ölkə başçısının sərəncamlarında elm və təhsil xüsusi yer tutur, respublikada təhsilin, elmin inkişafı istiqamətində ciddi islahatlar aparılır:
 
 “Bakı Dövlət Universiteti də dövlətin bu siyasətindən, bu proseslərdən geri qalmır, öndə gedir. Onu da qeyd edim ki, BDU hər il 5-6 milyon ABŞ dolları beynəlxalq proqram qrantlardan maliyyə vəsaiti əldə edir, bu da universitetin maddi-texniki bazasının gücləndirlməsinə yönəldirlir”.
 
 Rektor daha sonra qonaqları BDU-nun Nanotexnologiya Mərkəzini ziyarət etməyə dəvət edib.
 
 
Qeyd edək ki, BDU-da nanotexnologiyalar sahəsində aparılan tədqiqatları dünyanın inkişaf etmiş ölkələri ilə sıx əməkdaşlıq çərçivəsində yerinə yetirilir. Universitetdə 2005-ci ildə “Nanoaraşdırmalar mərkəzi”, bir il sonra isə “Nanomaterialların kimyəvi fizikası” kafedrası yaradılıb. BDU alimlərinin nanotədqiqatlar sahəsində apardığı tətbiqi xarakterli uğurlu araşdırmalar dünyanın bu istiqamətdə tədqiqat aparan aparıcı mərkəzlərində çalışan alimlər tərəfindən yüksək qiymətləndirilir və beynəlxalq maliyyə mərkəzləri BDU alimlərinin işlərinə böyük məbləğdə qrant layihələri ayırırlar.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 957

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024