12px13px15px17px
Tarix:28/08/15

Azərbaycan nümayəndələri SPECA ölkələrinin məlumat bazalarının yenilənməsi ilə müzakirələrdə iştirak edəcək

Sentyabrın 10-11-də Almatıda (Qazaxıstan) Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Nəqliyyat və sərhəd keçid məsələləri üzrə Layihə İşçi Qrupunun 20-ci iclası keçiriləcək.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına əsasən, tədbirdə SPECA ölkələrində nəqliyyat və infrastrukturun inkişafı üçün həyata keçirilən layihə və təşəbbüslər, bu istiqamətdə dövlət və özəl qurumların  tərəfdaşlığı, SPECA üzv dövlətlərdən əldə ediləcək məlumatlar əsasında nəqliyyat və sərhəd keçid məsələləri sahəsində məlumat bazasının yenilənməsi müzakirə olunacaq. Eyni zamanda,  BMT-nin nəqliyyat və gömrük məsələləri ilə bağlı sazişlərinə qoşulma, onların yerinə yetirilməsi, habelə regionda nəqliyyat dəhlizlərinin və şəbəkələrinin inkişafı ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur. 
 
Tədbirdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin və Dövlət Gömrük Komitəsinin nümayəndələri də iştirak edəcəklər.  
 
Aynur Vəliyeva
 
 



Baxış sayı: 449

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024