12px13px15px17px
Tarix:11/09/15

Elmar Məmmədyarov: “Türk Şurasının əsas prioritetlərindən biri elm və texnologiya sahəsidir”

"Türk Şurasının əsas prioritetlərindən biri elm və texnologiya sahəsində layihələr vasitəsilə üzv dövlətlər arasında çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsidir. Bundan başqa təhlükəsizlik, iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət, turizm və təhsil kimi müxtəlif istiqamətlərdə ortaq layihələrin reallaşdırılması və əməkdaşlığın daha da şaxələnməsinə nail olmaqdır". 
 
 
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Xarici İşlər Nazirləri Şurasının iclasında etdiyi çıxışında söyləyib. Üzv dövlətlərin təhlükəsizlik məsələlərinə xüsusi toxunan və bu istiqamətdə çağırışlar edən nazirin sözlərinə görə, həm kibertəhlükəsizlik, həm də terrorizm kimi qlobal məsələlərdə birgə addımlar atmaq vacib məqamlardandır.
 
 
 "Biz qəti şəkildə inanırıq ki, davamlı inkişaf və tərəqqi əldə etmək üçün sülh və stabilliyə daha çox ehtiyac duyulur. Azərbaycan regional təhlükəsizlik və terrorizmə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığa öz töhfələrini verir. Biz nəinki regionumuzda, hətta bunun hüdudlarından kənarda belə sülhün, sabitliyin əmin-amanlığın möhkəmləndirilməsi üçün bütün güclərimizi səfərbər edirik".
 
 
 
Üzv dövlətlər arasında informasiya-kommunikasiya texnologiyaları, bərpa olunan enerji, orta və kiçik sahibkarlığın inkişafı və özəl sektor sahəsində əməkdaşlıq təşəbbüslərini dəstəklədiklərini önə çəkən E.Məmmədyarov qeyd edib ki, bütün bunlarla yanaşı, turizm sahəsində tərəfdaşlığın və bu sahədə yeni sərmayə yatırımı imkanlarının öyrənilməsi xüsusi əhəmiyyətə malikdir.
 
 
Yeri gəlmişkən qeyd edim ki, qlobal informasiya məkanının hər keçən gün genişlənməsi və onun güclü təbliğat fəaliyyəti mexanizmi kimi istifadə edilməsini nəzərə alaraq, builki  Zirvə Görüşünün "media və informasiya sahəsində əməkdaşlıq" adı altında keçirilməsi günümüzün tələblərinə  cavab verir. Biz bu sahədə əməkdaşlığı yüksək qiymətləndiririk və bu yaxınlarda üzv  dövlətlərin  media və informasiya qurumları rəhbərlərinin Astanada keçirilmiş birinci görüşü zamanı qəbul edilmiş qətnamələri dəstəkləyirik".
 
 
 
 
Seymur Qasımbəyli



Baxış sayı: 279

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 May 2020

24 05 2020