12px13px15px17px
Tarix:11/09/15

Gənc xanımların İKT biliklərinə yiyələnməsi məqsədilə həyata keçirilən tədbirlər davam edir

Azərbaycanda gənc xanımların İKT biliklərinə yiyələnməsi məqsədilə həyata keçirilən tədbirlər davam edir.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, oktyabr ayında “WoWoman Tex-Tex Xanım” təşkilatının təşəbbüsü ilə “IT Journey” layihəsi başlanacaq.
 
Bu gün artıq müraciət ərizələrinə baxış prosesi yekunlaşıb və “Tex-Tex Xanım” çərçivəsində gələn ay start veriləcək “IT Journey” layihəsinə 40 nəfər namizəd seçilib.
 
Seçilmiş namizədlər sentyabr ayının 25-nə kimi e-mail və ya telefon vasitəsi ilə məlumatlandırılacaqlar. 

Bununla yanaşı, bütün namizədlər və İT sahəsində maraqlı olan xanımlar üçün sentyabrın 19-da Yüksək Texnologiyalar Parkında tədbir keçiriləcək.
 
Tədbirdə kursların Cədvəl və Tədris Proqramı, İT sahəsi üzrə Mühazirə və Proqram Təminatının Təkmilləşdirilmə üzrə “Workshop”-la bağlı dəyərli məlumatlar təqdim ediləcək.
 
Aynur Vəliyeva



Baxış sayı: 554

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024