12px13px15px17px
Tarix:14/09/15

2016-cı ildə dövlət büdcəsində nəqliyyat və rabitə sahəsi üzrə xərclər 114,8 milyon manat proqnozlaşdırlılır

Növbəti ildə elm xərclərinə proqnozlaşdırılmış 131,7 milyon manat vəsait fundamental elmi tədqiqatların və dövlət orqanlarında mövcud olan elmi tədqiqat təşkilatları tərəfindən həyata keçirilən elmi işlərin maliyyələşdirilməsinə yönəldiləcək.

2016-cı ildə elm xərclərində elmi tədqiqat layihələrinin Prezident yanında Elmin İnkişaf Fondu vasitəsilə həyata keçirilməsi üçün 7,5 milyon manat, latın qrafikalı kitabların çap edilməsi üçün 3,5 milyon manat, maddi-texniki təminatının möhkəmləndirilməsi, müasir laboratoriya avadanlıqlarının alınması üçün 1,0 milyon manat və digər tədbirlərin həyata keçirilməsi üçün 5,0 milyon manat vəsait nəzərdə tutulub.
 
 
 Bu barədə Maliyyə Nazirliyinin təqdim etdiyi "Azərbaycan Respublikasının 2016-cı ilin dövlət və icmal büdcələri üzrə layihələrin Təqdimatı"nda qeyd olunub. Təqdimatda bildirilib ki, 2016-cı il dövlət büdcəsinin gəlirləri ÜDM-in 25,2 faizi həcmində olmaqla, 14566,0 mln. manat proqnozlaşdırılır ki, bu da əvvəlki illə müqayisədə 4872,0 mln.manat və yaxud 25,1 faiz azdır. Funksional istiqamətlər üzrə dövlət büdcəsinin xərclərinə gəlincə,  nəqliyyat və rabitə sahəsində xərclər 2016-cı il üçün 114,8 milyon manat təşkil edəcək. 2016-cı ildə dövlət büdcəsi xərclərinin 5364,4 mln. manatı və yaxud 33,0 faizi konkret proqram və tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.
 
 
2016-cı il dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərcləri üzrə məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı üçün 871,3 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2015-ci illə müqayisədə 65,0 milyon manat və ya 8,1 faiz çoxdur.
 
 
Qeyd edək ki, 2016-cı il və sonrakı üç il üçün dövlət büdcəsinin layihəsi ölkənin əsas makroiqtisadi proqnoz göstəriciləri, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatların büdcə sifarişləri və gözlənilən büdcə gəlirləri, həmçinin dünyada cərəyan edən iqtisadi təlatümlərin ehtimal olunan nəticələri, əsasən xammal məhsullarının, o cümlədən xam neftin satış qiymətinin 40-50 ABŞ dolları səviyyəsində olacağı ehtimalı nəzərə alınmaqla hazırlanıb.
 
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 549

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






01 İyun 2020

31 05 2020

31/05/20
Görkəmli Azərbaycan aktrisası Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi münasibətilə poçt markası buraxıldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tə

31/05/20
“Xiaomi” şirkəti “6G” şəbəkəsinin sınaqlarına başlayıb

Çinin “Xiaomi” korporasiyası altıncı nəsil şəbəkəsinin ilkin sınaqlarına başlayıb. Bu haqda "Sinxua" xəbə

31/05/20
“Samsung Galaxy Watch Active 2” rəsmi olaraq tibbi cihaz statusu əldə edib

Hər il 16 milyondan çox insan insult keçirir. Elektrokardioqrama (EKQ) və qan təzyiqinə daimi nəzarət ürə

31/05/20
“LG” şirkətinin 48 düymlük ilk “4K OLED” televizoru nə vaxt satışa çıxarılacaq?

“LG” şirkəti 48 düym diaqonallı ilk “4K OLED” televizorun ABŞ-da satışa çıxarılma vaxtını açıqlayıb.<

31/05/20
İsveçdə ilk “5G” şəbəkəsi işə salınıb

“Tele2” telekommunikasiya şirkəti mayın 24-də İsveçdə ilk beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) isti

31/05/20
“IDC”: fərdi kompüter bazarı yalnız gələn il bərpa olunacaq

“International Data Corporation” (IDC) analitik şirkətinin analitikləri hesab edirlər ki, qlobal fərdi ko

31/05/20
Ən populyar smartfon açıqlanıb

“iPhone 11” 2020-ci ilin birinci rübünün yekunları üzrə ən populyar smartfon seçilib. Bu barədə “9t

31/05/20
“Android” sistemində aşkar edilmiş boşluq milyardlarla qurğunun təhlükəsizliyinə təhdiddir

Vaxtaşırı populyar əməliyyat sistemlərində aşkar edilmiş boşluqlar haqqında məlumatlar yayılır. Bu baxımd

31/05/20
“Microsoft” jurnalistləri robotlarla əvəzləyəcək

“Microsoft” korporasiyasının “MSN” portalında çalışan onlarla jurnalist robotlarla əvəzlənəcək.