12px13px15px17px
Tarix:16/09/15

İnformasiya və rabitə xidmətlərinin həcmi 10,8 faiz artıb

2015-ci ilin yanvar-avqust aylarında Azərbaycanda istehsal edilən ümumi daxili məhsulun 2,0 faizi informasiya və rabitə sahəsinin payına düşür.
 
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
 
Komitənin açıqladığı statistikaya görə, sözügedən dövr ərzində ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 36,0 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövründəkindən 4,2 faiz çox ümumi daxili məhsul istehsal edilib.
 
Əlavə dəyərin 34,6 faizi sənayedə, 6,3 faizi kənd təsərrüfatında, 5,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,0 faizi informasiya və rabitə, 17,2 faizi isə digər sahələrdə istehsal olunub. Məhsula və idxala xalis vergilər ÜDM-in 8,0 faizini təşkil edib.
 
 
DSK-dan bildirilib ki, hesabat dövründə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 17,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz çox sənaye məhsulu istehsal olunub.
 
 
Statistikaya görə, ötən səkkiz ay ərzində informasiya və rabitə müəssisələri hüquqi və fiziki şəxslərə 1077,0 milyon manatlıq xidmət göstərilib. Bunun da 72,6 faizi əhali sektoruna aid olub. 2014-cü ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 10,8 faiz artıb, bu sahədə əldə edilən gəlirin 81,1 faizi qeyri-dövlət sektorunun payına düşür.
 
 
SEYMUR



Baxış sayı: 230

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Oktyabr 2019

23 10 2019

23/10/19
2022-ci ildə smartfon satışının 60%-i “5G”-qurğuların payına düşəcək

“Strategy Analytics” analitik şirkəti beşinci nəsil (5G) şəbəkələrini dəstəkləyən smartfon seqmentinin in

23/10/19
Sənaye müəssisələrinin 50%-dən çoxu hələ də köhnə sistemlərin idarəetməsi altında işləyir

Sənaye müəssisələrinin şəbəkələrində istifadə olunan kompüterlər hələ də köhnə və dəstəyi bitmiş əməli

23/10/19
“Amazon” şirkəti insanların Aya göndərilməsinə kömək edəcək

“Amazon” şirkətinin rəhbəri və “Blue Origin” özəl aerokosmik müəssisəsinin təsisçisi Ceff Bezos ABŞ Kos

23/10/19
“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində “Eurasia Innovation Day” keçirilib

Bu gün Heydər Əliyev Mərkəzində “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüks

23/10/19
BƏƏ-də dünyanın ilk süni intellekt universiteti açılacaq

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə tələbələrə “Süni intellekt” ixtisası üzrə təhsil almağa

23/10/19
“Microsoft” ən yaxşı mobil əməliyyat sisteminin adını açıqlayıb

“Microsoft”un top-meneceri bildirib ki, “Android” platforması smartfonlar, həmçinin şirkət tərəfindən təq

23/10/19
“Zipline” dronları təlimlər zamanı döyüş meydanına dərmanlar çatdırıb

ABŞ-ın “Zipline” şirkətinin pilotsuz uçan aparatları təlimlər zamanı döyüş meydanına 

23/10/19
“WhatsApp” messencerində yeni funksiya tətbiq edilib

“WhatsApp” messencerində tətbiq ediləcək yeni funksiya qrup çatlarına istifadəçiləri əlavə etmək hüququna malik