12px13px15px17px
Tarix:19/09/15

“Naxtel” simsiz rabitə xidməti üçün 20 məntəqədə “4G” baza stansiyaları qurulub

Naxçıvan Muxtar Respublikasında yeni texnologiyaların tətbiqi və abonentlərə keyfiyyətli rabitə xidmətinin göstərilməsi məqsədi ilə avqust ayında görülən işlər açıqlanıb.

MR-in Rabitə və Yeni Texnologiyalar Nazirliyindən verilən məlumata görə, “Naxtel” simsiz rabitə operatorunun abunəçilərinin “4G” mobil rabitəsindən istifadə edə bilmələri üçün avqustda 20 məntəqədə baza stansiyaları qurulub.

Bununla yanaşı, ay ərzində yaşayış məntəqələrində 12 min 479 metr məsafədə yeraltı fiber-optik kabel xətti çəkilib, 234 yeni nömrə istismara verilib.

Həmçinin, Babək rayonunun Şəkərabad və Ordubad rayonunun Unus kəndlərinin hər birində 48 portluq əlavə, Babək rayonunun Nəhəcir, Ordubad rayonunun Üstüpü və Çənnəb kəndlərinin hər birində 48 abunəlik yeni DSLAM avadanlıqları quraşdırılaraq istifadəyə verilib.

CAHANGİR




Baxış sayı: 658

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024