12px13px15px17px
Tarix:22/09/15

Adları Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıda olan 4 dövlət qurumu “Elektron hökumət” portalına qoşulmayıb

Azərbaycan Nazirlər Kabinetinin təsdiq etdiyi  elektron xidmət növlərinin siyahısında adları olan 41 e-xidmət təchizatçısından 4-ü hələ ki "Elektron hökumət" portalına qoşulmayıb.
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bunlar Maliyyə Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Mülki Aviasiya Administrasiyası və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyidir.
 
Hazırda öz saytı vasitəsi ilə Maliyyə Nazirliyi 10, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 6, Dövlət Mülki Aviasiya Administrasiyası 3, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi isə 1 e-xidmət göstərir.
 
Qeyd edək ki, Nazirlər Kabinetinin təsdiq etdiyi 455 elektron xidmətdən 335-i artıq "Elektron hökumət" portalına inteqrasiya olunub.
 
CAHANGİR
 
 



Baxış sayı: 683

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024