12px13px15px17px
Tarix:03/10/15

Avropalılar internet mağazalarında nə qədər xərcləyir?

Avropanın 12 böyük ölkəsinin istehlakçıları ötən il internetdə həyata keçirilən alış-verişə ümumilikdə 180 milyard avro xərcləyiblər ki, bu da bir il əvvəlin göstəricisindən 10 milyard avro çoxdur. Elektron ticarət xüsusilə Avropa İttifaqı (Aİ) ölkələrində sürətlə artır. Bu barədə Belçika, Danimarka, Finlandiya, Fransa, İtaliya, Niderland, Norveç, Polşa, İspaniya, Böyük Britaniya, İsveç və Almaniyanın 11 min istehlakçısı arasında sorğu keçirən “PostNord” logistika şirkətinin “Avropada elektron ticarət” hesabatında deyilir.
 
Skandinaviya poçt şirkətinin məlumatına görə, getdikcə daha çox avropalı internetdə alış-veriş edir və əvvəllər olduğundan çox pul sərf edir.
 
Bundan başqa, transsərhəd ticarətin populyarlığı artır. 2014-cü illə müqayisədə xarici internet mağazasında ən azı bir dəfə alış-veriş edən avropalıların sayı 11 milyon artıb. Bu bazarlıq növü istehlakçıların 70 faizinin transsərhəd alış-veriş etdiyi Skandinaviya ölkələrində ən populyardır. Bu, Böyük Britaniyadan 58, Almaniyadan 53 faiz çoxdur.
 
Hesabata görə, Britaniyada onlayn edilən ən böyük alış-verişin dəyəri 1028 avro təşkil edir. Müqayisə üçün qeyd edək ki, Skandinaviyada istehlakçılar internetdə alış-verişə orta hesabla 549 avro, İtaliyada 295 avro xərcləyir.
 
Avropanın bütün bazarlarında ən populyar mal kateqoriyaları geyim və ayaqqabı, məişət texnikası və kitablardır. Lakin ərzaq onlayn mağazalarının da populyarlığı artmaqdadır. Bunu xüsusilə Britaniya, eləcə də Almaniya və Fransada müşahidə etmək mümkündür.
 
Sorğunun keçirildiyi ölkələrin əksəriyyətində debet və kredit kartları ən populyar onlayn ödəniş üsuludur. Skandinaviya ölkələri və Belçika istisna olmaqla əksər Avropa ölkələrində “PayPal” və oxşar ödəniş sistemlərindən daha çox istifadə edilir, - "Payspacemagazine” yazır. 




Baxış sayı: 247

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






03 İyun 2020

03/06/20
Şotlandiyada “Covid-19” testləri dronlar vasitəsilə çatdırılacaq

Şotlandiyanın Milli Səhiyyə Xidməti (NHS) və Böyük Britaniyanın “Skyports” şirkəti arasında pilotsuz uçan

03/06/20
“iOS” yeniləməsi “iPhone” və “iPad” qurğularını sıradan çıxarıb

“iPhone” və “iPad” qurğularının istifadəçiləri problemlərlə üzləşiblər.

02 06 2020

02/06/20
Avropanın 5 şəhərində sürücüsüz avtobuslar sınaqdan keçiriləcək

1,5 illik planlaşdırmadan sonra “FABULOS” şəhər avtobuslarının hərəkətinin avtomatlaşdırılması

02/06/20
Adil Qəribova və Arif Məmmədova “Şöhrət” ordeni təqdim edilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif

02/06/20
“Zoom” ödənişli tariflə şifrləmə texnologiyası reallaşdırır

“Zoom” video konfransları qeydiyyatdan keçmədən bütün istəyən şəxslərin iştirakı üçün açıla

02/06/20
“ZTE” şirkəti ucuz “5G” smartfonunu təqdim edib

“ZTE” şirkəti “MediaTek Dimensity 800” çipseti ilə təchiz edilmiş ucuz “Axon 11 SE

02/06/20
“Realme Smart TV” modelləri satışa çıxarılır

“Realme” şirkəti bu gün Hindistanda ilk “Realme Smart” televizorlarının satışına başlayır.

02/06/20
“Huawei Mobile WiFi 3” marşrutlayıcısı 16 qoşulmuş qurğunu dəstəkləyir

Çinin telekommunikasiya nəhəngi “Huawei” əsasən səyahətçilər üçün nəzərdə tutulan

02/06/20
Çinin yeni teleskopu UNO axtaracaq

Çin hökumətinin məlumatına görə, onlar sentyabrda yerdən kənar həyatın axtarışlarına başlayacaq. Bu məqsə

02/06/20
Yeni “iPhone” modellərinin istehsalına nə vaxt başlanacaq?

“Apple” şirkəti bu dəfə yeni nəsil “iPhone” smartfonlarını hər il olduğu kimi sentyabrda deyil, oktyabrda

02/06/20
“WhatsApp”da yeni fırıldaqçılıq sxemi aşkarlanıb

“WhatsApp” messencerinin istifadəçilərinə fırıldaqçılara onların hesablarını ələ keçirməyə imkan verən ye