12px13px15px17px
Tarix:05/10/15

BDU-da nanotexnoloji üsullarla dərman maddələrinin alınması, işlənməsi ilə əlaqədar aparılan tədqiqat işləri İtaliyada müzakirə edilib

İtaliyanın Sapienza Universitetində Avropa Birliyinin TEMPUS proqramı çərçivəsində həyata keçirilən “ECONANO” layihəsinin növbəti seminar-mitinqi keçirilib.

Seminarda İtaliyanın Sapienza Universitetinin, Fransanın Paris 13 Universitetinin, Yunanıstanın Patras Universitetinin, Bakı Dövlət Universitetinin (BDU), Azərbaycan İnşaat və Memarlıq Universitetinin və Qafqaz Universitetinin, “Azər ECOLAB” şirkətinin və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin nümayəndələri iştirak ediblər.
 
BDU-dan bildirilib ki, layihənin rəhbəri, professor Luca Di Palma, Azərbaycan universitetləri üzrə koordinator, professor Məhəmmədəli Ramazanov görülən işlər üzrə məlumat verib və sonrakı fəaliyyət proqramı müzakirə edilib.
 
Görüşdə layihənin uğurla başa çatması haqqında qeydlər edilib və 13-15 noyabr tarixində Bakı görüşündə “ECONANO” layihəsinin final seminar mitinqinə hazırlıq məsələləri müzakirə edilib. Seminarda həmçinin “Ekologiya mühəndisliyi” üzrə yeni magistr proqramının yaradılması haqqında müzakirələr aparılıb, bu istiqamətdə yeni təhsil layihəsi hazırlanaraq təqdim edilməsi qərara alınıb. “ECONANO” layihəsinin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün bütün əsasların olduğu qeyd edilib.
 
 
 Səfər zamanı İtaliya Texnologiya İnstitutunda BDU-da nanotexnoloji üsullarla dərman maddələrinin alınması, işlənməsi ilə əlaqədar aparılan tədqiqat işləri barədə məruzə edilib və  “Horizon 2020” proqramı çərçivəsində Mariya Küri müsabiqəsinə birgə kollektiv qrant layihəsi verilməsi barədə razılıqlar əldə edilib.
Qeyd edək ki, “ECONANO” layihəsinin əsas məqsədi Azərbaycanda “Ekologiya mühəndisliyi” (EM) üzrə mövcud tədris proqramlarının daha müasir və təkmil kursların daxil edilməsi yolu ilə, xüsusilə nanomaterialların ətraf mühitin mühafizəsində tətbiqi və monitorinqini nəzərə alaraq modernləşdirilməsidir.
 
 
Layihədə EM tədris proqramlarının islahatı magistratura pilləsində aparılacaq və eyni zamanda bakalavriat pilləsində keçirilən ekoloji fənlərin korrektə olunması da nəzərdə tutulub. Azərbaycan təhsil sistemində EM üzrə tədrisin modernləşdirilməsində məqsəd neft sənayesinin və digər sənaye sahələrinin intensiv inkişafı ilə əlaqədar yaranan ekoloji təsirlərə qarşı mübarizəni ixtisaslaşmış səviyyədə aparmaqdır.
 
EM tədris proqramının islahatında Azərbaycan ali təhsil sisteminin Avropa Birliyi ölkələrinin ali təhsil sisteminin proqramları ilə harmonizasiyası davamlı şəkildə aparılacaq. Azərbaycan ali məktəbləri ilə Avropa Birliyi ölkələrinin ali məktəblərinin ikili dərəcə çərçivəsində birgə diplomlarının verilməsi məsələsinə baxılacaq.
 
 
Eyni zamanda layihədə iştirak edən İtaliya, Fransa və Yunanıstan universitetləri ilə Azərbaycan universitetlərinin əməkdaşlığı möhkəmləndirilir və inkişaf etdirilir. Layihə çərçivəsində nanotexnologiyanın nailiyyətlərindən istifadə edərək, Azərbaycanın ali təhsil sistemində və Şərqi Avropa ölkələrində “Ekologiya mühəndisliyi” üzrə magistr pilləsi üçün kurrikulumun modernləşdirilməsi və islahatı həyata keçiriləcək. Bu yaradılan kurrikulum Avropa Birliyi ölkələrində bu sahədə mövcud olan kurrikulumlara uyğunlaşdırılacaq. Əsas diqqət Avropa universitetləri ilə tərəfdaşlığa yönəldiləcək. Şərqi Avropa Universitetlərinin bir-biri ilə mövcud olan yaxşı əlaqələrindən istifadə edərək, tələbələr mübadiləsi həyata keçiriləcək. Azərbaycan Xəzəryanı ölkələr sırasında neft ölkəsi kimi Avropa üçün çox maraqlıdır və bu regionda neft istehsalının intensiv inkişafı çoxlu ekoloji problemlərin həllini tələb edir. Odur ki, mühəndis ekologiyası üzrə mütəxəssislərin yetişdirilməsi və onların Avropa standartlarına uyğunlaşdırılması aktual məsələdir. Layihədə mühəndis ekologiyası üzrə magistr hazırlığını nanotexnologiyanın nailiyyətlərinə əsaslanaraq aparmaq daha məqsədəuyğundur.
 
Bunun üçün xüsusi metodika hazırlanır, iştirakçı universitetlərin professor-müəllim heyəti cəlb edilir, onlar arasında əlaqələr yaradılır.
 
 Layihədə bir sıra fəaliyyət istiqamətləri nəzərdə tutulub. Buraya tərəfdaş ölkələrin ali təhsil sistemlərində tədris proqramlarının islahatı və müasirləşdirilməsini təşviq etmək, tərəfdaş ölkələrdə ali təhsilin keyfiyyətinin və üstünlüklərinin inkişaf etdirilməsi, tərəfdaş ölkələr və Avropa İttifaqı ali təhsil müəssisələrinin potensialını artırmaq, xüsusilə beynəlxalq əməkdaşlıq və davamlı islahatlar aparmaq üçün tərəfdaş ölkələrdə onlara kömək etmək, özlərini geniş ictimaiyyətə təqdim etmək, iş tapmaq və geniş dünyaya inteqrasiya olunmaqda yardım etmək daxildir.
 
 Eyni zamanda tərəfdaş ölkələrin və Avropa İttifaqına üzv dövlətlərin ali təhsil müəssisələri və elmi tədqiqat institutları arasında şəbəkə artırmaq da layihənin əsas istiqamətlərindəndir.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 358

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






03 İyun 2020

03/06/20
“Android” üçün təhlükəli proqramlar aşkar edilib

“Google Play Store” internet mağazasında “Android” sistemi ilə işləyən qurğular üçün nəzərdə tutulmuş iki mob

03/06/20
Orta qiymət sinfinə məxsus ən güclü smartfonların reytinqi tərtib edilib

Mobil qurğuların məhsuldarlığını qiymətləndirmək üçün nəzərdə tutulmuş “AnTuTu” proqramının yaradıcıları

03/06/20
Şotlandiyada “Covid-19” testləri dronlar vasitəsilə çatdırılacaq

Şotlandiyanın Milli Səhiyyə Xidməti (NHS) və Böyük Britaniyanın “Skyports” şirkəti arasında pilotsuz uçan

03/06/20
“iOS” yeniləməsi “iPhone” və “iPad” qurğularını sıradan çıxarıb

“iPhone” və “iPad” qurğularının istifadəçiləri problemlərlə üzləşiblər.

02 06 2020

02/06/20
Avropanın 5 şəhərində sürücüsüz avtobuslar sınaqdan keçiriləcək

1,5 illik planlaşdırmadan sonra “FABULOS” şəhər avtobuslarının hərəkətinin avtomatlaşdırılması

02/06/20
Adil Qəribova və Arif Məmmədova “Şöhrət” ordeni təqdim edilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif

02/06/20
“Zoom” ödənişli tariflə şifrləmə texnologiyası reallaşdırır

“Zoom” video konfransları qeydiyyatdan keçmədən bütün istəyən şəxslərin iştirakı üçün açıla

02/06/20
“ZTE” şirkəti ucuz “5G” smartfonunu təqdim edib

“ZTE” şirkəti “MediaTek Dimensity 800” çipseti ilə təchiz edilmiş ucuz “Axon 11 SE

02/06/20
“Realme Smart TV” modelləri satışa çıxarılır

“Realme” şirkəti bu gün Hindistanda ilk “Realme Smart” televizorlarının satışına başlayır.

02/06/20
“Huawei Mobile WiFi 3” marşrutlayıcısı 16 qoşulmuş qurğunu dəstəkləyir

Çinin telekommunikasiya nəhəngi “Huawei” əsasən səyahətçilər üçün nəzərdə tutulan

02/06/20
Çinin yeni teleskopu UNO axtaracaq

Çin hökumətinin məlumatına görə, onlar sentyabrda yerdən kənar həyatın axtarışlarına başlayacaq. Bu məqsə

02/06/20
Yeni “iPhone” modellərinin istehsalına nə vaxt başlanacaq?

“Apple” şirkəti bu dəfə yeni nəsil “iPhone” smartfonlarını hər il olduğu kimi sentyabrda deyil, oktyabrda

02/06/20
“WhatsApp”da yeni fırıldaqçılıq sxemi aşkarlanıb

“WhatsApp” messencerinin istifadəçilərinə fırıldaqçılara onların hesablarını ələ keçirməyə imkan verən ye