12px13px15px17px
Tarix:10/10/15

Azərbaycanda taksilərin gedəcəyi məsafə üçün hesablanan məbləği “GoMap” üzərindən öyrənmək mümkündür

"GoMap elektron xəritə" elektron xidməti vasitəsilə ölkəyə gələn turistlər, eləcə də vətəndaşlar taksi xidmətindən istifadə etmək üçün iki məntəqə arasında nəzərdə tutulan tarifi öyrənə biləcəklər.

Mədəniyyət və Turizm Nazirliyinin Təchizat və proqram təminatı şöbəsinin müdir müavini Qabil Abbasov bu haqda "Elektron hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən "Elektron hökumət" bülleteninin oktyabr sayının təqdimatı üzrə keçirilən brifinqdə bildirib.
 
Onun sözlərinə görə,
xəritədə iki məntəqə arasında seçilən tariflər hələlik London taksilərinə aiddir.
 
Gələcəkdə digər taksi xidmətləri də bu sistemə qoşula bilərlər. Q Abbasov bidlirb ki, "GoMap elektron xəritə" xəritə üzərindən taksi sifarişi üçün tarifin hesablanması ilə bərabər, seçilən məntəqəyə çatmaq üçün digər alternativ nəqliyyat vasitələri, o cümlədən avtobus marşrutlarını da təklif edir.
 

Qeyd edək ki, "GoMap elektron xəritə" elektron xidməti vasitəsilə vətəndaşlar respublikanın bütün yolları haqqında məlumat əldə edə bilərlər. Elektron xidmətdən istifadə etmək üçün  https://www.e-gov.az – "Elektron Hökümət" portalına daxil olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təqdim olunan elektron xidmətlər siyahısından "GoMap elektron xəritə" elektron xidmətini seçmək lazımdır. Xidmətə daxil olduqda açılan pəncərədə istifadəçiyə 5 xidmət növü təklif olunur. Bunlara ünvan axtarma; iki mətəqə arasında marşrutu təyin etmək; ətraf obyektlər barədə məlumat; istifadəçinin yerini təyin etmək; ictimai nəqliyyat barədə məlumat daxildir.
 
Ünvan axtarma - bu xidmət vasitəsilə lazım olan ünvanı "Axtarış" bölməsinə daxil etməklə lazımi məlumatı əldə etmək olar. İki məntəqə arasında marşrutu təyin etmək-b u xidmət vasitəsilə istifadəçi xəritə üzərində hər hansı bir iki məntəqə arasında marşrutu təyin edə bilər. Ətraf obyektlər barədə məlumat -bu xidmət vasitəsilə istifadəçi ətrafdakı obyektlər barədə məlumat əldə edə bilər. İctimai nəqliyyat barədə məlumat -bu xidmət vasitəsilə ictimai nəqliyyatın hərəkət marşrutu barədə məlumat əldə etmək olar.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 312

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020