12px13px15px17px
Tarix:12/10/15

Avropada elektron ticarətin artması yeni iş yerlərinin yaradılmasını stimullaşdırır

Ekspertlər yaxın beş ildə Avropada elektron ticarətin sürətli artımını proqnozlaşdırır. Bununla əlaqədar qitə üzrə paylayıcı nəqliyyat mərkəzlərində sifarişlərin emalı üçün lazım olan 200 min əlavə iş yerinin açılacağı gözlənilir. Elektron kommersiyanın artımına görə regionda lider Böyük Britaniya, Almaniya və Fransa olacaq, lakin Polşa, Çexiya və Niderlandda da sürətli artım proqnozlaşdırılır.
 
Bu barədə daşınmaz əmlak sahəsində iri "Prologis” investisiya şirkətinin tədqiqatında deyilir. Müştərilərinin arasında “Rakuten”, “Tesco” və “Amazon” şirkətlərinin olduğu şirkət on ölkənin məlumatlarını və son üç ildə Avropada aparılan 200 lizinq əməliyyatını təhlil edib.
 
Hesabata görə, elektron ticarətin hər əlavə 1 milyard avro məbləğində dövriyyəsi üçün sifarişlərin əlavə saxlanılması və emalına görə 77 min kvadratmetr ölçüdə yer lazım olacaq. Proqnozlara görə, Avropada elektron ticarət bazarının həcmi yaxın beş ildə 200 milyard avro artacaq. Beləliklə, yeni yerlərə tələbat minimum 15 milyon kvadratmetr təşkil edəcək.
 
Bildirilir ki, elektron ticarətin sürətli inkişafı ilə əlaqədar olaraq 200 min iş yeri yaradılacaq. Lakin “Prologis” şirkətinin qiymətləndirməsinə görə, şirkətlər lazımi peşə sahiblərinin axtarışı zamanı müəyyən çətinliklərlə üzləşə bilərlər. Proqnozlara görə, xüsusilə böyük şəhərlərdən kənarda fəaliyyət göstərən internet şirkətləri onların tələblərinə cavab verən yaxşı əməkdaşlar tapmaqda çətinlik çəkəcəklər.   
 
Elektron ticarət sahəsində ən böyük artım Böyük Britaniya, Almaniya və Fransada gözlənilir. Niderland, Polşa və Çexiya kimi ölkələrdə artımın 5-10 faiz səviyyəsində olacağı gözlənilir, - "Payspacemagazine” yazır.



Baxış sayı: 536

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024