12px13px15px17px
Tarix:13/10/15

Əhaliyə göstərilən elektron xidmətlərdən istifadə imkanlarının artırılması məqsədilə yardım masaları təşkil edilib

“Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq görülən tədbirlər nəticəsində Dövlət Sosial Müdafiə Fondu pensiyaçılar, sığortaedənlər və sığortaolunanlar üçün nəzərdə tutulan əsas xidmətləri elektronlaşdırıb.
 
 
Həmin  xidmətlər  vətəndaşlara  hesabatları elektron formada təqdim etmək, pensiya  kalkulyatoru vasitəsilə  pensiyasının məbləği  barədə məlumat  almaq, pensiya və müavinətləri avtomatlaşdırılmış qaydada təyin etmək baxımından çox əhəmiyyətlidir”. “ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Dövlət Sosial Müdafiə Fondunun Pensiya və müavinətlər şöbəsinin müdiri Elşən Məmmədəliyev söyləyib.
 
O, jurnalistlərə verdiyi açıqlamasında deyib ki, vətəndaşlar, həmçinin bu xidmətlər vasitəsilə məcburi dövlət sosial sığorta haqlarını  onlayn ödəmək, sığortaolunanların elektron qaydada uçota alınması, fərdi şəxsi hesablarında əks olunan pensiya kapitalı  barədə məlumatları əldə etmək imkanına malikdir.
 
 
Şöbə müdirinin sözlərinə görə, əhaliyə göstərilən elektron xidmətlərdən istifadə imkanlarının artırılması məqsədilə Fondun yerli orqanlarında yardım masaları yaradılıb, müntəzəm olaraq elektron xidmətlərin ayrı-ayrı bölgələrdə təşviqi və onlardan istifadə sahəsində maarifləndirmə xarakterli regional təqdimatlar keçirilib. Göstərilənlərin nəticəsi olaraq Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi elektron xidmətlər “Elektron hökumət” portalının statistikasına əsasən ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutub.
 
 
E.Məmmədəliyev, həmçinin diqqətə çatdırıb ki, bu ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun həm öz saytı (www.dsmf.gov.az), həm də “Elektron hökumət” portalı (www.e-gov.az), vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə iki milyona yaxın vətəndaş yararlanıb ki, bu da ümumi vətəndaş müraciətlərinin  azalmasında və şəffaflığın daha da artmasında öz rolunu oynayıb.
 
 
 
SEYMUR



Baxış sayı: 565

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024