12px13px15px17px
Tarix:17/10/15

Naxçıvan MR-in ümumtəhsil məktəblərində istifadədə olan kompüterlərin 85,6 faizi internetə qoşulub

Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində 3801 dəst kompüter quraşdırılıb.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu statistik göstərici MR-in 2015-ci ilin 9 ayı ərzindəki sosial-iqtisadi inkişafına dair hesabatda yer alıb.
 
İstifadədə olan 3801 dəst kompüterin 3253-ü və ya 85,6 faizi internetə qoşulub.
 
Hər 12 şagird bir dəst kompüterlə təmin olunub.
 
Tədrisin daha keyfiyyətli aparılması məqsədilə 600-dən çox elektron lövhə quraşdırılıb.
 
CAHANGİR



Baxış sayı: 532

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024