12px13px15px17px
Tarix:22/10/15

Azərbaycanda ilk dəfə hərəkətli elektromexaniki sütunlar nümayiş edilib

Azərbaycan bazarına ilk dəfə olaraq yol maneələri və avtobusu saxlamaq iqtidarında olan hərəkətli elektromexaniki sütunlar (bloklayıcılar) təqdim edilib.
 
"ICTnews" xəbər xidmətinin  məlumatına əsasən, qeyd edilən texnika "Özak" şirkəti tərəfindən Bakıda keçirilən "CİPS-2015" sərgisi çərçivəsində nümayiş edilib.
 
Müvafiq təhlükəsizlik səviyyəsinə və sertifikatlarına uyğun olan və təcrübədə sınanmış xüsusi həll variantları avtodayanacaq yerləri, biznes mərkəzləri, səfirliklər, eləcə də şirkət və ya istənilən digər obyektin girişində quraşdırıla bilər.
 
Şirkətin klassik formada bloklayıcılardan (tripodlar) tutmuş, eksklüziv dizaynlı modellərə qədər müxtəlif turniketləri dünyanın bir sıra idman obyektləri, ictimai müəssisələr və ofislərdə quraşdırılıb.
 
Aynur Vəliyeva



Baxış sayı: 543

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024