12px13px15px17px
Tarix:23/10/15

Hansı dövlət qurumlarının e-xidmət növlərinin siyahısında əks olunan bütün e-xidmətləri “Elektron hökumət” portalına qoşulub?

Azərbaycan Nazirlər Kabinetinin təsdiq etdiyi elektron xidmət növlərinin siyahısında adları olan bütün e-xidmətləri "Elektron hökumət" portalına inteqrasiya olunan dövlət qurumlarının sayı 15-ə çatıb.
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu qurumlara Rabitə və Yüksək Texnologiyalar, Fövqəladə Hallar, İqtisadiyyat və Sənaye, Ekologiya və Təbii Sərvətlər, Müdafiə Sənayesi nazirlikləri, Qiymətli Kağızlar üzrə, Şəhərsalma və Arxitektura, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə, Statistika, Diasporla İş üzrə, Standartlaşdırma, Metrologiya və Patent üzrə dövlət komitələri, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Dövlət Sərhəd Xidməti, Müəllif Hüquqları Agentliyi, Milli Arxiv İdarəsi daxildir.
 
Onu da qeyd edək ki, Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıda adı olan 41 dövlət qurumunun bir qismi siyahıda adı çəkilən bütün xidmətlərini, digərləri isə bir neçəsini elektronlaşdıraraq artıq öz saytlarında istifadəyə verib. Bir sözlə, dövlət qurumlarından heç biri elektronlaşma prosesindən tam kənarda qalmayıb.
 
CAHANGİR



Baxış sayı: 562

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024