12px13px15px17px
Tarix:27/10/15

“VeriSign”: “.COM” domeni xaricdə populyarlaşır”

“VeriSign” şirkətinin son hesabatına görə, 2015-ci ilin üçüncü rübündə “.СОМ” və “.NET” zonalarında 9,2 milyon domen adı qeydiyyata alınıb. Son illərdə bu göstərici rüb ərzində 8-9 milyon domen təşkil edir.
 
“VeriSign” nümayəndəsinin sözlərinə görə, qeydiyyat sayının artması son zamanlar “.COM” zonasında domenlərin ABŞ-dan kənarda daha çox qeydiyyatdan keçməsi ilə əlaqədardır. Domen alıcıları əsasən Asiya ölkələri, ilk növbədə Hindistan və Çindir.
 
Üçüncü rübün sonunda “.СОМ” və “.NET” zonalarında 135,2 milyona yaxın domen qeydiyyatdan keçib. İkinci rübdə domenlərin müddətinin uzadılması faizi 72,7 faizə bərabər olub (üçüncü rübün məlumatlarını hələ ki qiymətləndirmək mümkün deyil).   
 
Hesabat dövründə “VeriSign” şirkətinin gəliri 266 milyon dollar, xalis gəliri 92 milyon dollar təşkil edib, - "Webnames” yazır.



Baxış sayı: 533

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024