12px13px15px17px
Tarix:24/11/15

Avropanın ən innovativ ölkəsi hansıdır?

Yeni tədqiqat məlumatlarına əsasən, Fransa dünyanda ən innovativ ölkələrin reytinqində üçüncü pilləni tutub.
 
 
«Thompson-Reuters» tərəfindən keçirilmiş tədqiqatda 100 ən innovativ təşkilat və dünya müəssisəsi müəyyən edilib. Reytinqdə 10 fransız şirkəti yer alıb ki, nəticədə Fransa qabaqcıl texnologiyalar üzrə Avropanın lideri adına layiq görülüb. Dünya reytinqində Fransa yalnız Yaponiya və ABŞ-dan geri qalıb.
 
 
«ICTnews.az» Elektron Xəbər Xidməti «euromag.ru» saytına istinadən yazır ki, reytinqdə qərarlaşmış fransız şirkətləri aşağıdakılardır: «Alcatel-Lucent», «Alstom», «Arkema», «Safran», «Saint-Gobain», «Thales», «Baleo» və «CEA», «CNRS» və «IFP».
 
 
Mütəxəssislər reytinqi tərtib edərkən hər bir ölkədə qeydiyyatdan keçirilmiş patentlərin sayını, coğrafi diapazonunu və əhəmiyyətini nəzərə alıblar.
 
 
Ekspertlərin sözlərinə görə, avtomobil istehsalı, əczaçılıq və kimyəvi sənaye ən sürətlə inkişaf edən sahələrdir.
 
 
Emil Hüseynov
 
 
 



Baxış sayı: 407

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020