12px13px15px17px
Tarix:24/11/15

Avropada mobil ticarət elektron ticarətdən daha sürətlə artır

"Visa Europe" şirkətinin statistikasına görə, smartfon və ya planşet vasitəsilə edilən alış-verişin populyarlığı xeyli artaraq son 3 ildə həcmi və sayı 40 faiz yüksəlib. Beləliklə, mobil kommersiya son 3 ildə həcmi 13 faiz çoxalan elektron ticarətdən 3 dəfə sürətlə artıb.
 
Məlumata görə, mobil telefon ilə alış-veriş zamanı tranzaksiyanın orta məbləği 88 avro, planşet ilə 118 avro təşkil edir. Həmçinin kişilər belə alış-verişə qadınlardan daha çox xərcləyir.
 
"Visa Europe" şirkətinin Çexiya və Slovakiya üzrə regional meneceri Marsela Qaydoşun sözlərinə görə, xərclərdə fərq qadın və kişi cinsini maraqlandıran malların çeşidi ilə əlaqədardır. Məsələn, qadınlar internetdə daha çox geyim və kosmetika, kişilər isə idman malları və texnika alır ki, texnikanın da dəyəri idman mallarından xeyli bahadır.
 
Mobil ticarətin həcminin daha çox Şimali Avropada artımı müşahidə olunur. Belə ki, Danimarkada illik artım 55 faiz, Norveçdə 54 faiz, İsveçdə 52 faiz təşkil edir.
 
Çin də bu sahədə lider olaraq qalır. Ölkə əhalisinin 68 faizi alış-veriş üçün mobil telefon və ya planşetdən istifadə edir.
 
Həmçinin Birləşmiş Ərəb Əmirlikləri və Türkiyədə mobil ticarətin inkişafı sürətlə gedir, - "Payspacemagazine" yazır.



Baxış sayı: 278

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 May 2020

29 05 2020