12px13px15px17px
Tarix:14/12/15

İnformasiya texnologiyaları sahəsində təhsil alan və çalışan xanımlar mükafatlandırılıb

Azərbaycanda qadınların  informasiya texnologiyaları üzrə bilik və bacarıqlarının artırılması məqsədi ilə həyata keçirilən “WOWOMAN: Tech-Tech Xanım” layihəsi çərçivəsində İT sahəsində təhsil alan və çalışan xanımlar mükafatlandırılıb.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, layihə bu ilin may ayının 13-də rəsmi açıq elan edilib və ilk addım İT-nin 4 istiqaməti üzrə əsas bilikləri xanımlara öyrədən kursların keçirilməsi olub. Müraciət edən 150-dən artıq qadından 30 nəfər seçilib və son iki ay ərzində onlara peşəkar mütəxəssislər tərəfindən “Software”, “Database”, “Network” və “Server” əsaslarını öyrədən kurslar keçirilib.

Kursun sonunda xanımlar “Microsoft” MTA imtahanlarında iştirak ediblər və əksəriyyəti sertifikat alıblar. İlkin mərhələnin – “İT Fundamentals” kurslarının yekunu olaraq dekabrın 13-də mükafatlandırma mərasimi keçirilib. Tədbir Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, İnformasiya Texnologiyalarının İnkişafına Dəstək  Fondu və özəl şirkətlərin nümayəndələrinin iştirakı ilə keçirilib.

Layihə çərçivəsində 2016-cı ildə növbəti mərhələnin təşkili nəzərdə tutulur və bununla bağlı ətraflı məlumatı “https://goo.gl/2tOBSy” internet ünvanından öyrənmək olar.

Qeyd edək ki, “WOWOMAN” xanımların peşəkar və fərdi inkişafı üçün yaradılan platformadır və mütəmadi olaraq xanımların inkişaf edə biləcəkləri və biliklərini artıracaqları seminar, kurs və tədbirlərin təşkil olunması ilə məşğul olur. “WOWOMAN” komandasının qarşısına qoyduğu mühüm məqsədlərdən biri də qadınların İKT sektoruna olan marağını artırmaqdır.

Aynur Vəliyeva




Baxış sayı: 338

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






01 İyun 2020

31 05 2020

31/05/20
Görkəmli Azərbaycan aktrisası Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi münasibətilə poçt markası buraxıldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tə

31/05/20
“Xiaomi” şirkəti “6G” şəbəkəsinin sınaqlarına başlayıb

Çinin “Xiaomi” korporasiyası altıncı nəsil şəbəkəsinin ilkin sınaqlarına başlayıb. Bu haqda "Sinxua" xəbə

31/05/20
“Samsung Galaxy Watch Active 2” rəsmi olaraq tibbi cihaz statusu əldə edib

Hər il 16 milyondan çox insan insult keçirir. Elektrokardioqrama (EKQ) və qan təzyiqinə daimi nəzarət ürə

31/05/20
“LG” şirkətinin 48 düymlük ilk “4K OLED” televizoru nə vaxt satışa çıxarılacaq?

“LG” şirkəti 48 düym diaqonallı ilk “4K OLED” televizorun ABŞ-da satışa çıxarılma vaxtını açıqlayıb.<

31/05/20
İsveçdə ilk “5G” şəbəkəsi işə salınıb

“Tele2” telekommunikasiya şirkəti mayın 24-də İsveçdə ilk beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) isti

31/05/20
“IDC”: fərdi kompüter bazarı yalnız gələn il bərpa olunacaq

“International Data Corporation” (IDC) analitik şirkətinin analitikləri hesab edirlər ki, qlobal fərdi ko

31/05/20
Ən populyar smartfon açıqlanıb

“iPhone 11” 2020-ci ilin birinci rübünün yekunları üzrə ən populyar smartfon seçilib. Bu barədə “9t

31/05/20
“Android” sistemində aşkar edilmiş boşluq milyardlarla qurğunun təhlükəsizliyinə təhdiddir

Vaxtaşırı populyar əməliyyat sistemlərində aşkar edilmiş boşluqlar haqqında məlumatlar yayılır. Bu baxımd

31/05/20
“Microsoft” jurnalistləri robotlarla əvəzləyəcək

“Microsoft” korporasiyasının “MSN” portalında çalışan onlarla jurnalist robotlarla əvəzlənəcək.