12px13px15px17px
Tarix:14/12/15

Azərbaycanda muzdla çalışanların 1,8 faizi informasiya və rabitə sahəsində fəaliyyət göstərir

Azərbaycanda muzdla çalışanların 1,8 faizi informasiya və rabitə sahəsində fəaliyyət göstərir.
 
Dövlət Statistika Komitəsinin açıqladığı statistik göstəricilərə əsasən, 2015-ci il noyabrın 1-nə olan  vəziyyətə görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1504,7 min nəfər olub, onlardan 877,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 626,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstəriblər. 
 
Cari ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,6 faiz artaraq 462,0 manat olub.
 
Komitənin hesabatında qeyd edilib ki,  iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
 
SEYMUR




Baxış sayı: 660

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024