12px13px15px17px
Tarix:16/12/15

Ünvanlı sosial yardımların təyinatında avtomatlaşdırılmış sistemə keçidlə bağlı növbəti görüş keçirilib

16 dekabr 2015-ci il tarixdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində ünvanlı sosial yardımların təyinatında avtomatlaşdırılmış sistemə keçidlə bağlı toplantı keçirilib.  Toplantıda "Elektron Hökumət" portalının, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin (ƏƏSMN), “Azercell Telekom” MMC-nin, “Azerfon” MMC-nin və “Bakcell” MMC-nin səlahiyyətli nümayəndələri iştirak edib.

Xatırladaq ki, 23 fevral 2015-ci tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı əsasında ünvanlı dövlət sosial yardımı mexanizminin təkmilləşdirilməsinə başlanılıb. Vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsinə və bu sahədə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil olunmasına xidmət edəcək proses aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirilməsi üçün nəzərdə tutulub.

Ünvanlı dövlət sosial yardımın təyinatı prosesinin VEMTAS (Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi) üzərindən təşkili 20-dən artıq dövlət və özəl qurumun birgə fəaliyyəti əsasında reallaşdırılır. Bu baxımdan, sosial yardım üçün müraciət edən şəxsin ailə-məişət şəraiti barədə dəqiq və ətraflı məlumatların təmin edilməsi, şəffaf və düzgün qiymətləndirmənin aparılması üçün onun ödəniş qabiliyyətinin dəyərləndirilməsi vacib məsələlərdəndir.

Ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət edən şəxsin FİN-i və notarial qaydada təsdiq edilmiş ərizə nömrəsi ƏƏSMN tərəfindən “Elektron Hökumət” portalına ötürüləcək. Portal tərəfindən həmin şəxsin ailə üzvlərinin FİN-ləri və hər birinin adına olan mobil telefon nömrələri müəyyən edilərək (daşınmış nömrələr nəzərə alınmaqla) servis vasitəsilə aidiyyatı mobil operatorlara ötürüləcək. Mobil operatorlar məlumatları yoxladıqdan sonra hər bir mobil nömrə üzrə son 1 il ərzində aparılmış  ödənişlər barədə məlumatlar müvafiq servislər vasitəsilə portal üzərindən ƏƏSMN-ə qaytarılacaq. Bütün proseslər onlayn rejimdə avtomatik olaraq baş tutacaq və beləliklə, müraciətçinin ödəmə qabiliyyəti müəyyən olunacaq.
Bütün əldə olunan məlumatlar ümumiləşdirildikdən sonra müraciət edən ailəyə yardımın təyin olunub-olunmaması barədə qərar qəbul olunacaq. Vətəndaşa və ailəsinə bu barədə məlumat yenə də elektron qaydada veriləcək.

Müzakirələr zamanı ƏƏSMN, portalın operatoru və mobil operatorlar tərəfindən müvafiq servislərin vaxtında hazırlanıb başa çatdırılması və prosesin 15.01.2016-cı il tarixdən etibarən test mühitində tətbiq olunması, 01.02.2016-cı il tarixdən etibarən isə tam şəkildə istismara veriləcəyi qərara alındı.
Qeyd edək ki, VEMTAS çərçivəsində bu gün bir sıra qurumlar arasında informasiya mübadiləsi aparılır. Bu proses keyfiyyətli və şəffaf elektron xidmət təminatı üçün bütün qurumların birgə fəaliyyətinin vacibliyini bir daha önə çıxardı.
 




Baxış sayı: 411

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






12 Avqust 2020

12/08/20
Yeni virus istifadəçilərdən VPN xidmətinin məlumatlarını oğurlayır

İlk xatırlatması 2014-cü ilə təsadüf edən “Agent Tesla” kompüter virusu yenidən kibertəhlükəsizlik üzrə mütə

12/08/20
88 düymlük “LG Signature” televizoru “8К” formatlı “OLED” ekranla təchiz olunub

“LG Electronics” şirkəti premium sinfinə aid “LG Signature” (OLED88ZX9LA modeli) televizorunu təqdim edib. 

12/08/20
“Xiaomi” şirkəti qabaqcıl smartfonunu təqdim edib

“Xiaomi” şirkəti qabaqcıl “Mi 10 Ultra” smartfonunu təqdim edib

12/08/20
“Xiaomi Redmi Note 9 Onyx Black” smartfonu beynəlxalq bazarda satılacaq

Çinin “Xiaomi” şirkəti populyar “Redmi Note 9” smartfonunu yeni rəng çalarında təqdim edib

12/08/20
“Samsung Galaxy Note20” və “Galaxy Tab S7” qurğularının xüsusi versiyaları nümayiş olunub

“Samsung” şirkəti “Samsung Galaxy Note20” smartfonunun və “Galaxy Tab S7” planşetinin “Enterprise Edition&rd

12/08/20
Şəffaf “Xiaomi” televizoru təqdim edilib

“Xiaomi” şirkəti yaradılmasının on illiyi münasibətilə “Mi TV Lux Transparent Edition” adlı şəffaf televizor təqdim edib<

11 08 2020

11/08/20
“Apple”ın direktoru milyarder olub

“Apple” şirkətinin direktorunun varidatı eyniadlı şirkətin səhmlərinin dəyərinin 

11/08/20
“Sony” son dörd ildə ilk dəfə “Xperia” smartfonlarından qazanc əldə edəcək

“Sony” şirkəti son dörd ildə “Xperia” smartfonlar bölməsinin ilk dəfə gəlir əldə edəcəyini proqnozlaşdırır

11/08/20
“Qualcomm”un istehsalı olan çiplərdə boşluqlar aşkar edilib

“Check Point” şirkətinin mütəxəssisləri “Qualcomm”un istehsalı olan çiplərdə 400-dən çox boşluq 

11/08/20
“Android” və “iOS” arasında “WhatsApp” yazışmaları sinxronlaşdırılacaq

“Facebook” şirkətinə məxsus “WhatsApp”da messenceri yalnız bir smartfonda istifadə etməyə imkan verən məhdudiyyətlər aradan qa

11/08/20
“TikTok” dünyada ən çox yüklənilən əlavələr siyahısında liderdir

“Sensor Tower” analitik şirkəti 2020-ci ilin iyulu üçün dünyada ən çox yüklənilən mobil əlavələrin reyti

11/08/20
“Baktelecom” Biləcəri sakinlərinə səyyar xidmət göstərib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Bakı Telefon Rabitəsi” MMC 

11/08/20
“Huawei” şirkətinin smartfon istehsalı üçün prosessorları bitib

“Huawei” şirkətinin smartfon istehsalı üçün prosessorları qurtarıb. Bu barədə “China Info 100” konfransında ş