12px13px15px17px
Tarix:04/02/16

“Cisco”: 2020-ci ilə smartfondan istifadə edənlərin sayı elektrik enerjisi istehlakçılarından çox olacaq

Mobil telefonlardan istifadə genişlənir. “Cisco” şirkətinin araşdırmasına görə, 2020-ci ilə mobil trafikin həcmi 10 dəfə yüksələcək.
 
 “ICTnews” Elektron Xəbər Xidməti “planet-today.ru” saytına istinadən yazır ki, “Cisco” şirkətinin məlumatına əsasən, 2020-ci ilədək dünyada 5.4 milyard nəfər smartfondan istifadə edəcək. Müqayisə üçün bildirək ki, hesablamalara görə, sözügedən dövrdə  5.3 milyard nəfər elektrik enerjisi, 3.5 milyard nəfər isə sudan istifadə edə biləcək.
 
Ekspertlər hesab edir ki, istifadədə olan smartfonların sayı cəmiyyətin həyatın bütün aspektlərində bu qurğulardan asılılığını göstərir. Belə ki, “ağıllı” telefonların köməyi ilə  zəng etmək, dostlara mesaj göndərmək, məhsul və ya kommunal xidmətlərin haqqını ödəmək olar. Hesabata əsasən, 2020-ci ilə mobil trafikin həcmi 10 dəfə yüksələrək 366.8 ekzabayt təşkil edəcək.

366.8 ekzabayt – bu, sosial şəbəkələrdə yerləşdirilmiş 81 trilyon şəkil və ya 7 trilyon videoçarxa ekvivalentdir.
 
2020-ci ilə dünyada 11.6 milyard smartfon hazırlanacaq. Məlumat  üçün bildirək ki, 2015-ci ildə bu göstərici 7.9 milyard olub. Həmçinin 2020-ci ilə “5G” rabitə texnologiyası işə salınacaq.
 
Mobil internetin qlobal orta sürəti saniyədə 6.5 meqabitə yaxınlaşacaq.
 
Emil Hüseynov
 




Baxış sayı: 366

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 May 2020

25 05 2020